Məhkəmə qərarları › İş №3(060)-77/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-77/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-77/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Yusufov Rövşən Xanbala oğlunun Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ YPX tərəfindən tərtib edilmiş 10.12.2021-ci il tarixli, AP ******* saylı protokoldan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Yusufov Rövşən Xanbala oğlu Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ YPX tərəfindən tərtib edilmiş 10.12.2021-ci il tarixli, AP ******* saylı protokoldan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yusufov Rövşən Xanbala oğlunun şikayəti onunla əsaslandırılmışdır ki, özünə məxsus MERCEDES BENZ C 220 markalı 99KU109 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini 09.12.2021-ci il tarixdə saat 18:50 radələrində idarə edərkən Sürücü İ.Qayıbov F.Köçərli küçəsinin kəsişməsində sağdan sola manevr edib, dönərkən arxa solundan düzünə hərəkətdə olan İsuzu markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sağ hissəsiylə toqquşmuşdur. 09.12.2021-ci il tarixində saat 18:00 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi, (33-nömrəli marşutun yolu) İsmət Qayıbov küçəsindən Firudin bay Köçərli küçəsinin kəsişməsindən dönərkən dönmə nişanını yandırdı. 33 nömrəli marşurutla İSUZİ markalı ** AE *** dövlət qeydiyyatlı nişanlı avtobus arxadan gələrək qanunsuz ötmə hərəkəti edərək avtomobilimin sol tərəfindən vuraraq əzmişdir. Hadisə baş verən kimi yol DİN-ya 102-yə zəng etdi. Bu zaman Yol Polisi İdarəsinin işçiləri gəldi. Səlahiyyətli nümayəndələr 3 nəfərdən ibarət olsa da, işin faktiki hallarını araşdırmadılar. Heç bir qanunauyğun hərəkət etmədən ona bildirdilər ki, sənədləri təqdim et. 33 saylı marşurutun sürücüsündən sənədləri götürərək getdilər. 10.12.2021-ci il tarixində Sumqayıt şəhər Yol Polis İdarəsinə getdi. Baxmayaraq ki, hadisə baş verən yerdə çox funksiyalı video görüntü var idi. (33 saylı avtobusun içərisində) onlar hadisənin faktiki halarını araşdırmamış, heç kimi dindirməmiş, hətta orada olan şahidləri dindirmədən işi təqsirkarın xeyrinə həll edərək bildirdilər ki, o günahkardı. 33 saylı avtobusun idarə heyəti onlarla yaxın tanışdır. Bu tanışlıqdan istifadə edərək təqsirkarı sudan quru çıxarmaq istəyirlər. Hətta ona AP ******* saylı protokolda da bildirmişdir ki, protokolu qəbul etmir. Həmin protokoldan narazıdır, onu qanunsuz, əsassız, ən başlıcası ədalətsiz hesab edir. Sumqayıt ŞPİ DYPŞ YPX tərəfindən tərtib edilmiş AP ******* saylı protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ YPX-nin nümayəndəsi və Yusufov Rövşən Xanbala oğlu müvafiq olaraq gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 10.12.2021-ci il tarixli, AP ******* inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Yusufov Rövşən Xanbala oğlu İ.Qayıbov və F.Köçərli küçələrinin kəsişməsində sağdan sola manevr edib dönərkən arxa solundan düzünə hərəkətdə olan İSUZU markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. İş materiallarında olan 10.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Yusufov Rövşən Xanbala oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Yusufov Rövşən Xanbala oğlu Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ YPX tərəfindən 10.12.2021-ci il tarixli, AP ******* saylı protokol Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən tərtib edilmişdir. 09.12.2021-ci il tarixli, AP ******* saylı protokola əsasən 10.12.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ YPX tərəfindən tərtib edilmiş 10.12.2021-ci il tarixli, AP ******* saylı protokola əsasən 10.12.2021-ci il tarixli, TP ******* saylı qərardan Yusufov Rövşən Xanbala oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar