Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-77/2025 08.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, X1 tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********0244 №li, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergi Baş İdarəsinin **********0244 №-li, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmə aidiyyatı üzrə göndərilməlidir. Məhkəmə hesab edir ki, Yaqub Zülfüqarov şikayət verərkən məhkəmə aidiyyatını düzgün müəyyən etməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası qanunun, 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası Vergi məcəlləsinin, 62.2-ci maddəsinə əsasən Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin, 2.1-ci maddəsinə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxıla bilən iddalardan biri kimi şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar (mübahisələndirmə haqqında iddia) göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad (109.1.7-ci maddə) qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmamasını təmin etmiş olur. Göründüyü kimi qərardan şikayət verən şəxs Yaqub Zülfüqarov qanunun yuxarıda qeyd olunan tələblərini pozaraq Vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktdan aiddiyyatı üzrə məhkəməyə şikayət verməli olduğu halda Sumqayıt şəhər məhkəməsinə şikayət vermişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri, o cümlədən İXM-nin 109.1 və 109.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********0244 №-li, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair X1 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-77/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-77/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver