Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-772/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49, mənzil 20-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-549 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 5250 manat dəyərində qızıl, qızıl olmadığı halda 5250 manat alınaraq X2 verilməsi qət edilmişdir. Lakin icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-549/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs dəyəri 2000 manat olan qonaq mebel dəsti, dəyəri 2000- manat yataq mebel dəsti, dəyəri 2000 manat olan mətbəx mebel dəsti, dəyəri 400 manat olan televizor (hofman), dəyəri 200 manat olan çıl-çıraq- 2 ədəd, dəyəri 350 manat olan 2 ədəd xalça, dəyəri 600 manat olan servis çay yemək dəsti, dəyəri 1200 manat olan soyuducu, dəyəri 1200 manat olan paltaryuyan maşın, dəyəri 80 manat olan elektrik soba, dəyəri 80 manat olan elektrik ütü, dəyəri 30 manat olan ütüaltı, 100 manat olan güldan, dəyəri 100 manat olan güldan boqema, dəyəri 100 manat olan 4 ədəd xrustal konfetqabı, dəyəri 50 manat olan xrustal külqabı, dəyəri 50 manat olan 12 ədəd xrustal stəkan, dəyəri 12 manat olan 12 ədəd nəlbəki, dəyəri 60 manat olan 5 ədəd xrustal sok stəkanı, dəyəri 50 manat olan 5 ədəd xrustal araq stəkanı, dəyəri 12 manat olan 6 ədəd yaşıl bakal, dəyəri 15 manat olan 6 ədəd rumka, dəyəri 25 manat olan çərəz qabı , dəyəri 50 manat olan 2 ədəd keramika çərəz qabı, dəyəri 80 manat olan 2 dəst arşha çəngəl bıçaq dəsti, dəyəri 50 manat olan tors dəsti , dəyəri 30 manat olan divar saatı, dəyəri 80 manat olan 2 ədəd süfrə, dəyəri 16 manat olan 2 ədəd klyonka, dəyəri 6 manat olan 6 ədəd limonqabı, dəyəri 615 manat olan 6 ədəd kassa, dəyəri 50 manat olan boşqab dəsti, dəyəri 6 manat olan sok stəkanı, dəyəri 50 manat olan Nikel çaynik, dəyəri 25 manat olan çaynik dəst, dəyəri 200 manat olan nikel qazan dəsti, dəyəri 80 manat olan çuqun qazan dəsti, dəyər 30 manat olan 3 ədəd aliminium qazan, dəyəri 15 manat olan ədəd padnos, dəyəri 50 manat olan öztaş tava, dəyəri 20 manat olan qranit tava, dəyəri 30 manat olan duz qabı dəsti, dəyəri 30 manat olan nikel çömçə dəsti, dəyəri 50 manat olan taxta qaşıq dəsti, dəyəri 5 manat olan aşsüzən, dəyəri 50 manat olan blender, dəyəri 8 manat olan qırmızı çuqun tas, dəyəri 25 manat olan ağ böyük tas, dəyəri 30 manat olan bıçaq dəsti, dəyəri 150 manat olan qaşıq dəsti, dəyəri 1 manat olan qayçı, dəyəri 5 manat olan tas ,dəyəri 3 manat olan taxta, dəyəri 10 manat olan aliminium vedrə, dəyəri 20 manat olan 2 ədəd dəm çayniki, dəyəri 150 manat olan ətçəkən maşın, dəyəri 20 manat olan 2 ədəd vanna, dəyəri 1 manat olan qruşka, dəyəri 5 manat olan süpürgə, dəyəri 50 manat olan yataq dəsti, dəyəri 100 manat olan göy pokraval, dəyəri 15 manat olan 4 ədəd əl-üz dəsmalı, dəyəri 12 manat olan mətbəx dəsmalı, dəyəri 20 manat olan polsilən vedrə, dəyəri 100 manat olan göy adyal, dəyəri 35 manat olan 2 ədəd noçnik, dəyəri 150 manat olan 1 ədəd taxt döşəyi, dəyəri 80 manat olan 1 ədəd taxt yorğanı, dəyəri 500 manat olan 5 ədəd yük döşəyi, dəyəri 50 manat olan 4 ədəd yastıq, dəyəri 350 manat olan pərdələr, dəyəri 20 manat olan mətbəx pərdəsi, dəyəri 4500 manat olan ağ qızıl komplekt dəst (sırğa, üzük, boyunbağı, bilərzik), dəyəri 100 manat olan təkqaş nişan üzüyü, dəyəri 200 manat olan sep, dəyəri 200 manat olan üzük, dəyəri 100 manat olan qızıl alyans, dəyəri 150 manat olan gümüş dəstin (sırğa, üzük, sep, klon) alınaraq X2 verilməsi, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. Lakin icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Şəxs çağırışlara da gəlməmiş, barəsində axtarış verilmiş, axtarış nəticəsində tapılmışdır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, qızılın dəyəri olan 5250 manat məbləği ödəyə bilmir. O, alimentin borcunu da ödəməlidir. Hər ay 50 manat olmaqla borcunu ödəyə bilər. Bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-549/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs dəyəri 2000 manat olan qonaq mebel dəsti, dəyəri 2000- manat yataq mebel dəsti, dəyəri 2000 manat olan mətbəx mebel dəsti, dəyəri 400 manat olan televizor (hofman), dəyəri 200 manat olan çıl-çıraq- 2 ədəd, dəyəri 350 manat olan 2 ədəd xalça, dəyəri 600 manat olan servis çay yemək dəsti, dəyəri 1200 manat olan soyuducu, dəyəri 1200 manat olan paltaryuyan maşın, dəyəri 80 manat olan elektrik soba, dəyəri 80 manat olan elektrik ütü, dəyəri 30 manat olan ütüaltı, 100 manat olan güldan, dəyəri 100 manat olan güldan boqema, dəyəri 100 manat olan 4 ədəd xrustal konfetqabı, dəyəri 50 manat olan xrustal külqabı, dəyəri 50 manat olan 12 ədəd xrustal stəkan, dəyəri 12 manat olan 12 ədəd nəlbəki, dəyəri 60 manat olan 5 ədəd xrustal sok stəkanı, dəyəri 50 manat olan 5 ədəd xrustal araq stəkanı, dəyəri 12 manat olan 6 ədəd yaşıl bakal, dəyəri 15 manat olan 6 ədəd rumka, dəyəri 25 manat olan çərəz qabı , dəyəri 50 manat olan 2 ədəd keramika çərəz qabı, dəyəri 80 manat olan 2 dəst arşha çəngəl bıçaq dəsti, dəyəri 50 manat olan tors dəsti , dəyəri 30 manat olan divar saatı, dəyəri 80 manat olan 2 ədəd süfrə, dəyəri 16 manat olan 2 ədəd klyonka, dəyəri 6 manat olan 6 ədəd limonqabı, dəyəri 615 manat olan 6 ədəd kassa, dəyəri 50 manat olan boşqab dəsti, dəyəri 6 manat olan sok stəkanı, dəyəri 50 manat olan Nikel çaynik, dəyəri 25 manat olan çaynik dəst, dəyəri 200 manat olan nikel qazan dəsti, dəyəri 80 manat olan çuqun qazan dəsti, dəyər 30 manat olan 3 ədəd aliminium qazan, dəyəri 15 manat olan ədəd padnos, dəyəri 50 manat olan öztaş tava, dəyəri 20 manat olan qranit tava, dəyəri 30 manat olan duz qabı dəsti, dəyəri 30 manat olan nikel çömçə dəsti, dəyəri 50 manat olan taxta qaşıq dəsti, dəyəri 5 manat olan aşsüzən, dəyəri 50 manat olan blender, dəyəri 8 manat olan qırmızı çuqun tas, dəyəri 25 manat olan ağ böyük tas, dəyəri 30 manat olan bıçaq dəsti, dəyəri 150 manat olan qaşıq dəsti, dəyəri 1 manat olan qayçı, dəyəri 5 manat olan tas ,dəyəri 3 manat olan taxta, dəyəri 10 manat olan aliminium vedrə, dəyəri 20 manat olan 2 ədəd dəm çayniki, dəyəri 150 manat olan ətçəkən maşın, dəyəri 20 manat olan 2 ədəd vanna, dəyəri 1 manat olan qruşka, dəyəri 5 manat olan süpürgə, dəyəri 50 manat olan yataq dəsti, dəyəri 100 manat olan göy pokraval, dəyəri 15 manat olan 4 ədəd əl-üz dəsmalı, dəyəri 12 manat olan mətbəx dəsmalı, dəyəri 20 manat olan polsilən vedrə, dəyəri 100 manat olan göy adyal, dəyəri 35 manat olan 2 ədəd noçnik, dəyəri 150 manat olan 1 ədəd taxt döşəyi, dəyəri 80 manat olan 1 ədəd taxt yorğanı, dəyəri 500 manat olan 5 ədəd yük döşəyi, dəyəri 50 manat olan 4 ədəd yastıq, dəyəri 350 manat olan pərdələr, dəyəri 20 manat olan mətbəx pərdəsi, dəyəri 4500 manat olan ağ qızıl komplekt dəst (sırğa, üzük, boyunbağı, bilərzik), dəyəri 100 manat olan təkqaş nişan üzüyü, dəyəri 200 manat olan sep, dəyəri 200 manat olan üzük, dəyəri 100 manat olan qızıl alyans, dəyəri 150 manat olan gümüş dəstin (sırğa, üzük, sep, klon) alınaraq X2 verilməsi, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da nə 5250 manat dəyərində qızılı qaytarmamış, nə də həmin qızılın dəyərini ödəməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx xxxx 2021-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx xxxx 2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-772/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-772/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver