Məhkəmə qərarları › İş №3(060)-774/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-774/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-774/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı məhkəmə müəyyən etdi: Şəxs barəsində 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* №li inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 28 mart 2022-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, 28.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi evdən Şəxs dəmir oğurlamışdır. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. İş materialında olan 17 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə, yeni yaşayış massivi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs 15.01.2022-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək naməlum şəxsin(lərin) ona məxsus yaşadığı evin həyətinə yığdığı dəmir qırıntılarını oğurladığını bildirərək həmin şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 28.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi evdən dəmir oğurladığı qeyd olunmuşdur. Lakin iş matertialında olan 17 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə, yeni yaşayış massivi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs 15.01.2022-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək naməlum şəxsin(lərin) ona məxsus yaşadığı evin həyətinə yığdığı dəmir qırıntılarını oğurladığını bildirmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gün protokolda düzgün yazılmamış, həmçinin oğurlanan əmlakın dəyəri və inzibati xətanın törədildiyi vaxt protokolda qeyd edilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 100, 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar