Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-776/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05.03.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, X3 04.10.2020-ci il tarixdə qonşuluqda yaşayan Kərimova Leyla və Kərimova Naxışı döyərək xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır. Belə ki, X3 iş materialları ilə tanış olmamış və vəkillə təmin edilməmişdir. Qeyd edilən səbəblərlə əlaqədar protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə iş materiallarından müəyyən olunur ki, X3 xx.xx.2004-cü ildə anadan olmuşdur və o, yetkinlik yaşına çatmayandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayanlar özlərinin müdafiə hüququnu həyata keçirə bilmədikləri üçün həmin işlərin baxılmasında vəkilin iştirakı məcburidir. Lakin iş materiallarından görünür ki, X1 izahat alınarkən və barəsində protokol tərtib olunarkən vəkillə təmin olunmamış və bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 05.03.2021ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə geri qaytarılsın. Hakı̇ m Rövşən Xəlı̇ lov
Məhkəmə qərarları › İş №3(060)-776/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-776/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver