Məhkəmə qərarları › İş №3(060)-776/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-776/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-776/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X3, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şahid iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin inzibati xəta haqqında iş üzrə 04 noyabr 2021-ci il tarixli MN ******* №li qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi (bundan sonra mətndə TTN Dövlət Agentliyi) tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi haqında 04 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3690/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ilə TTN Dövlət Agentliyinin rəis müavini Zenfira Rzayeva tərəfindən qəbul olunmuş 04 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXMnin 134.1.3 və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3690/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarından Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin səlahiyyətli nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)- 88/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3690/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün materiallar 29 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. X5 şikayətində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəyə münasibətdə mülkiyyətçidir. 22 noyabr 2021-ci il tarixdə onun elektron ünvanına barəsində inzibati tənbeh vermə haqqında 04 noyabr 2021-ci il tarixli ******* nömrəli Qərar göndərilmişdir. Qərar TTN Dövlət Agentliyi tərəfindən tərtib edilmişdir. Qərarla tanış olmuş və qərarın tamamilə qanunsuz, həmçinin əsassız qəbul edildiyini görmüşdür. Qərarda qeyd olunur ki, 28 oktyabr 2021-ci il tarixində ******* nömrəli protokol tərtib edilmişdir. Lakin qeyd edir ki, həmin protokolun harda, neçə, kim tərəfindən və nə vaxt tərtib edilməsi barədə ona məlumat verilməmişdir. Həmçinin Qərarda müəyyən etdi hissəsində “ünvan 1 ünvanında anbar binasının tikintisinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş 11.10.2021ci il tarixli 0655 nömrəli qərara əməl olunmadığına görə” qeyd edilmişdir. 11.10.2021-ci il tarixli 0655 nömrəli qərar ona təqdim edilməyib, xəbərdar edilməmişdir. Bundan başqa qeyd edilən ünvanda həmin tarixdə hər hansı tikinti işlərinin aparılmasına göstəriş verməmişdir. Bütün qeyd edilənlərdən aydın şəkildə görünür ki, o, hər hansı inzibati xətanı tərətmədiyi halda onun barəsində 04 noyabr 2021-ci il tarixli ******* nömrəli Qərar qəbul edilib ki, buda yolverilməzdir və ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən, “tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə” inzibati tənbeh tətbiq edilə bilər. Lakin ona heç bir yazılı göstəriş və ya qərar təqdim edilməyib. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 06 aprel 2022-ci il tarixə təyin edilmiş, lakin Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini təsdiq edən sübutların təqdim olunması ilə bağlı işin baxılması 25 aprel 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsindəki 04 noyabr 2021-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət vermiş orqanın nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, ünvan 2 ünvanda anbar binasının tikintisinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 0655 №-li qərara əməl olunmadan tikinti işləri davam etdirilmişdir. Bu səbəbdən də TTN Dövlət Agentliyinin vəzifəli şəxsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ədalət Abbasov barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol protokolu tərtib etmiş Şahid tərəfindən Ədalət Abbasova deyil, digər təsisçi Rafiq Hacıyevə təqdim edilmişdir. Buna görə də şikayətin təmin edilib edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şahid izahat verərək bildirdi ki, ünvan 2 ünvanda anbar binasının tikintisinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş 11.10.2021-ci il tarixli 0655 №-li qərara əməl olunmadan tikinti işləri davam etdirilmişdir. Qeyd edilən qərar Hacıyev Rafiqə təqdim olunsa da, Ədalət Abbasov barəsində onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol digər təsisçi Rafiq Hacıyevə təqdim edilmişdir. Həmin şəxslər birgə təsisçi olduğundan, həm də özü hüquqşünas olmadığından elə başa düşmüşdür ki, bu mümkündür. O Ədalət Abbasovu görməmişdir. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 28 oktyabr 2021-ci il tarixdə MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 04 noyabr 2021-ci il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X5 barəsində İXM-nin 394.0.7-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400,00 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. İş materialında olan 11 oktyabr 2021-ci il tarixli tikintinin dayandırılması barədə 0655 №-li qərardan görünür ki, tikintinin dayandırılması barədə qəbul edilmiş qərar Rafiq Hacıyev tərəfindən imza atılaraq qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, ünvan 3 ünvanında anbar binasının tikintisinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş 11.10.2021-ci il tarixli, 0655 N-li qərara əməl olunmadığına görə X5 İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən olunur ki, Ədalət Abbasova anbar binasının tikintisinin dayandırılması barədə çıxarılmış qərar və inzibati xəta haqqında protokol ona təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, mübahisələndirilən qərar qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdır, Dövlət Agentliyi tərəfindən X5 barəsində İXM-nin 394.0.7-ci maddəsi ilə tərtib edilmiş protokolda onun adı qeyd olunsa belə, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şahid sözü gedən protokolu Rafiq Hacıyevə imza atdıraraq təqdim etmişdir. Bundan başqa 11 oktyabr 2021-ci il tarixli tikintinin dayandırılması barədə 0655 №-li qərar Şahid tərəfindən Rafiq Hacıyevə təqdim olunmuş, lakin inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar X5 barəsində tərtib olunmuşdur. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəis müavini Z.Rzayeva tərəfindən qəbul olunmuş 04.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar