Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-776/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 İnzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi və etibarnamə üzrə nümayəndəsi X3, Qərardan şikayət verən şəxs X5 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 (bundan sonra mətndə Agentliyin) xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X7 şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Əziz Ələsgərov şikayətini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar kimi Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən "Coco Marina" adlı kafe fəaliyyətini həyata keçirir. Agentlik tərəfindən ona İXM-nin 447.0.2-ci maddəsi ilə "vəzifəli şəxs" kimi cərimə yazılmışdır. Bildirir ki, hüquqi şəxs deyil və sahibkarlıq fəaliyyətini fərdi sahibkar (VÖEN-lə) kimi həyata keçirir. Qeyd edir ki, İXM-nin 447.0.2-ci maddəsi yalnız vəzifəli şəxslər məsuliyətə cəlb edildiyindən və o, da vəzifəli şəxs olmadığı üçün ona qarşı tətbiq edilən cərimə qanunsuzdur. Belə ki, özünü vəzifəli şəxs hesab etmir. Qeyd edir ki, onlara heç bir rəsmi bildiriş verilmədən yoxlama açılmışdır. Bu səbəbdən barəsində qanunsuz qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Əziz Ələsgərov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, AR Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdadır (fərdi sahibkar) və vergi ödəyicisidir. İXM-nin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə hüquqi şəxs kimi cərimə edilmişdir. Bildirir ki, hər hansı hüquqi şəxsin rəhbəri və vəzifəli şəxs deyildir. Fəlaiyyət göstərdiyi adı çəkilən kafedə müştərilərə yalnız hazır məhsullar təqdim edərək satışını həyata keçirir. Yoxlama zamanı fəaliyyət göstərdiyi "Coco Marina" adlı kafedə həqiqətən də istifadəyə yararlıq müddəti 1 ay ötmüş çips, yoxlama günü istifadə müddəti bitən 1 ədəd “Müller” əmtəə nişanlı pivə, bir qədər sosis, üstündə Azərbaycan dilində yazısı olmayan 1-2 ədəd konyak aşkarlanmışdır. Müddəti ötmüş sosisləri işçi nahar üçün gətirib soyuducuda saxlamışdır. Yoxlama nəticəsində akt tərtib olunmuş, vəzifəli şəxs kimi 1500 manat cərimə edilmişdir. Əlavə olaraq bildirir ki, işçilərin tibbi arayışı, yuma çanaqları var, müəssisədə gigiyenik təlimatlara əməl edilir. Məhkəmədən mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Agentliyin X1 İnzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi və etibarnamə üzrə nümayəndəsi Səkinə Müzəffərli bildirdi ki, xx.xx.2025-ci il tarixdə Agentliyin əməkdaşları tərəfindən "Coco Marina" adlı kafedə yoxlama keçirilmiş və yoxlamanın nəticəsi aktlaşdırılmışdır. Bildirir ki, İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilən qərarla Əziz Ələsgərov vəzifəli şəxs qismində cərimə edilmişdir. İqtisadiyyat Nazirliyinin Vahid Məlumat Reysterindən əldə edilmiş çıxarışa əsasən Əziz Ələsgərov fərdi sahibkardır, vergi ödəyicisidir bu səbəbdən o, vəzifəli şəxs qismində cərimə edilmişdir. "Coco Marina" adlı kafedə aşkar olunan və “Yoxlama akt”-da qeyd edilmiş pozuntuları məhkəmənin diqqətinə çatdırır. Əlavə olaraq bildirir ki, yoxlama zamanı müəsissədə çalışan 1 nəfər işçinin tibbi müayinə arayışı mövcud olmamışdır. Vəzifəli şəxs Əziz Ələsgərov barəsində Agentlik tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xata haqında protokoldan görünür ki, vəzifəli şəxs X8 İXM-nin 220.3, 220.5, 220.8 və 447.0.2-ci maddələrinə uyğun olaraq protokol tərtib edilmişdir. Agentliyin X1 YQ-0112 saylı, xx.xx.2025-ci il tarixli “Yoxlama aparılması haqqında” qərara əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən “Coco Marina” kofesinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Planlı yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Əziz Ələsgərovun fəaliyyət göstərdiyi obyektdə qərarda qeyd edilən müddətdə planlı yoxlama aparılması məqsədilə xx.xx.2025-ci tarixli KY ********* nömrəli Çıxarış əldə edilmişdir. 07 mart 2025-ci il tarixli, YA-0112 nömrəli Yoxlama aktından görünür ki, “Coco Marina” kafesində çoxsaylı pozuntular aşkar edilmişdir. “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, müəssisədə çalışan yuxarıda adları qeyd edilən 1 nəfər iş personalının üzvləri işdən kənarlaşdırılması, müəssisənin satış zalındakı vitrində üzərində markalanması aparılmayan və Azərbaycan dilində etiket melumatları qeyd edilməyən “Bellisimo" əmtəə nişanlı 4 ədəd 750 ml şərabın, “Wild Africa” əmtəə nişanlı 3 ədəd 750 ml şərabın, “Grand Manoir" əmtəə nişanlı 2 ədəd 750 ml şərabın, "Fauna Australia" əmtəə nişanlı 1 ədəd 750 ml şərabın, "Grante" əmtəə nişanlı 1 ədəd 750 ml meyvə şirəsinin, “Şirvan" əmtəə nişanlı 1 ədəd 500 ml konyakın, “Puratos topping” əmtəə nişanlı 1 ədəd 1 kiloqram çikolata sosunun, ev üsulu hazırlanmış 4 növdə hər birinin çəkisi təqribən 700 qram olan tortların və 3 kiloqramlıq balonda təqribi çəkisi 1.5 kiloqram olan ağ gilas mürəbbəsinin satışı dayandırılması, müəssisənin satış zalındakı soyuducusunda son istifadə müddəti bitmiş "Grante" əmtəə nişanlı istehsal tarixi xx.xx.2022-ci il, zəmanətli son istifadə müddəti xx.xx.2024-cü il olan 3 ədəd 750 ml şərabın, "Efes draft" əmtəə nişanlı istehsal tarixli xx.xx.2024-cü il, son istifadə tarixi xx.xx.2025-ci il 1 ədəd 500 ml pivənin, "Lays” əmtəə nişanlı istehsal tarixi xx.xx.2024-cü il, son istifadə tarixi xx.xx.2025-ci il olan 1 ədəd 125 qram cipsinin, "Xrus team” əmtəə nişanlı istehsal tarixi xx.xx.2024-cü il, son istifadə tarixi xx.xx.2024-cü il olan 2 ədəd 30 qram çəkidə suxarinin və “Appetitniye Klassi çeviskiye" əmtəə nişanlı istehsal tarixi xx.xx.2025-ci il, son istifadə tarixi xx.xx.2025-ci il olan 1 ədəd 1.5 kiloqram sosisin satışının qadağan edilməsi qərara alınmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Həmin qərarda göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin qərarda həmçinin qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İXM-nin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İXM-nin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, qərardan şikayət verən şəxsi və qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyib, təqdim edimiş və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Agentliyin X4 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Əziz Ələsgərov 06 mart 2025-ci il tarixdə fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “Coco Marina” kafesində Agentliyin X1 əməkdaşları tərəfindən planlı yoxlama aparıldığını, yoxlama zamanı bır sıra pozuntu hallarının aşkar edildiyini etiraf etmiş, bu barədə müvafiq akt tərtib edildiyini təsdiq etmişdir. X13 barəsində tətbiq edilən cərimə məbləği ilə razılaşmamış, onun vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi cərimə olunmalı olduğunu əsas gətirərək qeyd edilən qərarı mübahisələndirmişdir. Əziz Ələsgərovun özünün şikayət ərizəsinə əlavə etdiyi 2 saylı Ərazi Vergilər İdarəsindən alınan fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamədən görünür ki, o, xx.xx.2012-ci il tarixdən hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Bundan başqa elektron məhkəmə informasiya sistemindən müəyyən edilmişdir ki, o, “Coco Marina” kafesində fərdi sahibkar kimi aktiv fəaliyyət göstərir. Məhkəmə qeyd edir ki, İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyi göstərimişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, inzibati orqan tərəfindən işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Əziz Ələsgərovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Belə ki, o, “Qida təhlükəsizliy haqqında” qanunun tələblərini pozduğu üçün vəzifəli şəxs qismində Agentliyin X1 qərarı ilə haqlı olaraq inzibati məsuliyyətə cəlb edilmiş, cərimə edilmişdir. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-776/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-776/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver