Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-777/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1965-ci Şamaxı rayonu, Göydərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıtda yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 06 yanvar 2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində 05 mart 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 01.10.2020-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yaşayan qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-777/2021 saylı, 11.03.2021-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-777/2021 saylı 11.03.2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-249/2021 saylı 12.04.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 777/2021 saylı, 11.03.2021-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmiş və qeyd olunan iş 31.05.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 14.06.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, 01.10.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində olan evinin yaxınlığında Naxış ilə rastlaşmış, ona fikir verməyib yoluna davam edərkən Naxışın cavan vəfat etmiş oğlunun ünvanına nalayiq küçə söyüşü söydüyünü eşitmiş, ona belə deməməsini irad bildirən zaman arxadan ona yaxınlaşıb kürəyindən tutub onu yerə yıxmışdır. Aralarında yaranmış səs-küyə Naxışın qızı İlhamə gələrək saçından tutaraq baş nahiyəsinə zərbələr endirən zaman saçı İlhamənin əlində qalmış, Naxış isə ayağlarından təpiklə vurmuşdur. Mübahisə zamanı oradan keçən qonşular yaxınlaşıb onları ayırmışlar, Naxış və İlhamə onun halsız vəziyyətdə olduğunu görüb oradan qaçıb getmişdirlər. Zərərçəkmiş şəxs özünü qorumaq üçün əl qol atmışdır, onu vurmamışdır. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, vəkilin çıxışını dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İŞ-nin 06 yanvar 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. İXM-nin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53.1.6, 114.2.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən tərtib edilmiş 05 mart 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-777/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-777/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver