Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-779/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İcra sənədi üzrə tələbkar X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, şadlıe sarayında administrator işləyən, Yevlax şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 31-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1254/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "Mercedes-Benz ML 230" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili M.Kazımpoa qaytarmamış, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə bildirdi ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)- 1254/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "Mercedes-Benz ML 230" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili M.Kazımpoa qaytarmamış, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1254/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan "Mercedes-Benz ML 230" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq X2 qaytarılmalıdır. Avtomobil hazırda onda deyil, o avtomobili aldığı şəxsə, yəni Şamilə qaytarmışdır. Çünki avtomobilin Malikin olduğunu bildikdən sonra şəxsən yaşadığı ünvana gedib avtomobili qaytardığını bildirmişdir. Maşını alan gündən tam 15 gün sonra qaytarmışdır. İndi özü də avtomobili axtarır, tapan kimi sahibinə qaytaracaqdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X3 məhkəməyə bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1254/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan "Mercedes- Benz ML 230" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs alınaraq ona qaytarılmalıdır. Maşının geri qaytarılmasını tələb edir. Hazırda məhkəmə qərarını icra etməsinə görə Şəxs xx.xx.2021-ci ilə qədər ona vaxt verilməsini xahiş etmişdir. O da xahişi nəzərə alaraq vaxt verir və bu səbəbdən inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar X3 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, məhkəmə qərarını icra etməsinə görə Şəxs ondan xx.xx.2021-ci ilə qədər ona vaxt verilməsinə dair ərizə ilə xahiş etdiyindən inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Onun məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1254/2020 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs "Mercedes-Benz ML 230" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçı X2 qaytarılması qət edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli bildirişlə Şəxs icra sənədində göstərilən tələbi könüllü icra etməyi üçün 10 gün vaxt verilməsi və bu müddətdə tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin İcra Haqqında AR Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə imkanı olduğu halda icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı icra işində hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs tərəfindən avtomobilin qaytarılmaması üzrsüz səbəbdən olmamışdır. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə avtomobili qaytarmaması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Ona görə də, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-779/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-779/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver