Məhkəmə qərarları › İş №3(060)-78/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-78/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-78/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 19 dekabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı protokol əsasında inzibati xəta haqqında işə baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 dekabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, “Riks Petroximservis" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən konteyner ölkə ərazisinə gətirilmiş, müvəqqəti gömrük idxal prosedurunda rəsmiləşdirilmiş yüklərin öhədlik müddətinin xx.xx.2018-ci il tarixində bitməsinə baxmayarq malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən heç bir tədbir görülməmişdir. Buna görə də Şəxs MMC barəsində protokol tərtib olunmuşdur. Mallar gətirilən zaman hüquqi şəxsin ünvanı ünvan 2ətini dayandırmışdır. Lakin malların harada olmasını araşdırmamışlar və hazırda malların harada olması barədə onlarda məlumat yoxdur. Məhkəmədən malların müsadirə olunmasını xahiş edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi malların yerinin müəyyən edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Göründüyü kimi maddənin sanksiyasında inzibati xətanı törətmiş hüquqi şəxs barəsində inzibati tənbeh tədiri kimi yalnız inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat vasitələrinin müsadirə edilməsi nəzərdə tutulmuşdur. Lakin inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə inzibati xətanın bilavasitə obyekti olmuş mallar barədə məlumat, ümumiyyətlə həmin malların mövcudluğu, müsadirə olunmalı obyektin saxlanc yeri barədə məlumatlar göstərilməmişdir. Eyni zamanda protokol tərtib etmiş şəxsin nümayəndəsi müsadirə olunmalı malların yeri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edimiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2.3 və 3.2.4-cü bəndələrinin tələblərinə riayət edilməsi iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 dekabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri, məhəllə 42, ev 4, mənzil 53 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 19 dekabr 2022-ci il tarixli EP seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar