Məhkəmə qərarları › İş №3(060)-780/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-780/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-780/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X1 Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 05.02.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhər X12 İdarəsi tərəfindən barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 23.12.2020-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 05.02.2021-ci il tarixli, 3 (060)-479/2021 saylı qərardadı ilə inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilmədiyindən X5 Bakı şəhəri DYPİ-nin 23.12.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 18.02.2021-ci il tarixli, 3 (060)-622/2021 saylı qərardadı ilə Bakı şəhəri DYPİ-nin 23.12.2020-ci il tarixli, TP ******* saylı qərarından X5 verdiyi şikayət qərardan şikayət verilmə müddəti ötürüldüyü üçün icraata qəbul edilməmiş və X6 geri qaytarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 09.03.2021-ci il tarixli, 3 (060)-780/2021 saylı qərardadı ilə X5 qərardan şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatəti təmin edilmiş, Bakı şəhəri DYPİ-nin 23.12.2020-ci il tarixli, TP ******* saylı qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilərək bərpa edilmiş və icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər X12 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakə olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X7 izahatında bildirdi ki, 23.12.2020-ci il tarixində işlədiyi şirkətə məxsus olan ** LJ *** dövlət qeydiyyat nişanı olan avtomobildə Tbilisi prospekti istiqamətində hərəkətdə olan zaman orada xüsusi quraşdırılmış karantin postunda yoxlama zamanı polis əməkdaşı onu saxlamış və yoxlama nəticəsində onun icazəsinin portalda olmadığını bildirmişdir. O, təkrar yoxlama tələb etsə də polis məkdaşı buna baxmayaraq onun sürücülük vəsiqəsini alıb digər yol polisi əməkdaşına təqdim etmişdir. Yol polisi portalda yenidən yoxlamadan, nə də protokol tərtib etmədən sürücülük vəsiqəsini ona qaytarmış və 200 manat cərimə məbləğinin “asan pay” vasitəsilə gələcəyini söyləmişdir. O, yerindəcə bununla bağlı 102 xidmətinə zəng edib etmiş, lakin şikayətinə cavab gəlməmişdir. İcazəsi olduğu halda 200 manat məbləğində cərimə edilməsini qanunsuz hesab edir, buna görə də şikayətinin təmin olunmasını və barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin 23.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan icaze.e-gov.az portalından çıxarışdan görünür ki, X7 “xxxx” MMC-də satış meneceri vəzifəsində işləyir və onun 18.12.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək icazəsi olmuşdur. Göründüyü kimi 23.12.2020-ci il tarixdə, yəni barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən vaxtda X7 icazəli olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X9 oğlunun qərardan şikayəti təmin edilməlidir. Belə ki, o, həqiqətən də barəsində protokol tərtib edilən tarixdə icazəli olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq İXM Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin 23.12.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və X7 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilsin. Bakı şəhəri DYPİ-nin 23.12.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və X7 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar