Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-780/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 13 mart 2023-cü il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə saat 09:37-də mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan «Toyota Prius (Hibrid) minik» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 və hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC istifadəsində olan Toyota markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 (sürücülük vəsiqəsi AD088057) barəsində yol vərəqəsinə dair məlumatları xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək yol vərəqi üzrə idarə etməsinə dair) Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilib, lakin texniki səhv olaraq BDYPİ-nin Mərkəzi informasiya Sisteminə (MİS) daxil edilməmişdir. Hal-hazırda qeyd olunan texniki səhv aradan qaldırılaraq sürücü Mahmud Abbasov barəsində yol vərəqinə dair MİS-də müvafiq qeydlər aparılmış, xx.xx.2023-cü il tarixdə törədilmiş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında cərimə qərarı tətbiq edilmiş, cərimə ödənilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 arayışından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Toyota markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsinə dair fiziki şəxsə dair məlumatları DYPŞ-nə verilmədiyi səbəbilə MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə texniki səhv olaraq İXP5286959 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, MMC tərəfindən həmin nəqliyyat vasitəsinə dair sürücüsü X2 (sürücülük vəsiqəsi AD088057) barədə yol vərəqinə dair məlumatlar vaxtında, yəni 16.01,2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək yol vərəqi üzrə idarə etməsinə dair) Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilmişdir. Texniki səhv olaraq həmin məlumatlar DİN-nin Baş DYP İdarəsinin “Mərkəzi informasiya Sisteminin” kompüter bazasında ötürülməmişdir. Hal-hazırda İnformasiya Sisteminin məlumatına əsasən həmin nəqliyyat vasitəsinə dair bu günə kimi icra edilməmiş, ödənilməmiş cərimə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ 5000, ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-780/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-780/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver