Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-781/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay məhdudlaşdırılması barədə Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. X2 Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə barəsində İXM-nin 327.2-ci maddəsi üzrə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci ildə həmin inzibati xəta haqqında işə baxılmışdır. İnzibati xəta haqqında icraat zamanı bir il ərzində 20-dən çox bal topladığı müəyyən edildiyindən barəsində İXMnin 327.7-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. O, ona istinad edilən inzibati xətanı törətməmişdir. İXM-nin tələbini pozmamışdır. Ona görə də barəsində qəbul olunmuş qərarla razı deyildir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Barəsində qərəzli şəkildə qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qərar xx.xx.2021-ci il tarixdə qəbul olunsa da, o qərarın surətini xx.xx.2021-ci il tarixdə rəsmi qaydada poçt vasitəsilə almışdır. Ona görə də şikayət vermə müddətini ötürməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə barəsində İXM-nin 327.2-ci maddəsi üzrə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci ildə həmin inzibati xəta haqqında işə baxılmışdır. İnzibati xəta haqqında icraat zamanı bir il ərzində 20-dən çox bal topladığı müəyyən edildiyindən barəsində İXM-nin 327.7-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. O, barəsində qəbul olunmuş qərarla razı deyildir. Ballar düz hesablanmamışdır, bir çoxunun vaxtı keçmişdir. Hazırda şəxsi elektron kabinetində olan məlumatlardan da bu qədər balı yığılması görünmür. 2019-cu ilin dekabrında olan protokol üzrə yazılan balın müddəti keçsə də bu da nəzərə alınmamışdır. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, obyektiv və hərtərəfli araşdırılmamış, qərarda törədilən inzibati xətanın hansı sübutlarla müəyyən olunduğu öz əksini tapmamış, X1 iştirakı təmin edilməmişdir. Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli qərarının qəbul edilməsinə əsas kimi X1 20 və daha çox bal topladığının aşkar olunması göstərilmiş, ancaq həmin ballarla bağlı sübutlara istinad edilməmiş, qərarda göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİnə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilərək Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə Bakı şəhər DYPİ Rəisinin ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-781/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-781/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver