Məhkəmə qərarları › İş №3(060)-782/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-782/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-782/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 29.02.2020-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair X3 və X1 birlikdə imzaladıqları şikayətə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 və X4 birgə imzaladıqları şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 29.02.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 29 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər aşagıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Əvvəla şikayətə Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin mübahisələndirilən qərarı əlavə edilməmişdir. Bu qeyri müəyyənliklə bağlı məhkəmə qeyd edir ki, X6 və ya X4 hər biri ayrı-ayrılıqda öz adlarına qəbul edilmiş inzibati xəta haqqında qərarları əldə edib, hər biri narazı olduqları qərarı fərdi qaydada məhkəmədə mübahisələndirə bilərlər. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X6 və X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərarların tarixindən 10 gündən artıq müddət keçdikdən sonra şikayət verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 29.02.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X5 və X2 geri qaytarılsın. X5 və X2 qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar