Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-782/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı Qubad Vəliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 3-cü PB-i tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsində ucadan qışqıraraq səs-küy salması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 3-ci PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi polis leytenantı Qubad Vəliyev tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 06 aprel 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsində olan zaman uşaqlıq dostu X1 idarə etdiyi avtomaşın ilə oradan keçmiş, maşını saxlayaraq ondan nəyə görə borcunu qaytarmamasını soruşmuş, onlar arasında mübahisə başlamış, daha sonra Eşqin ondan nəqliyyat vasitəsinə əyləşməsini istəmişdir. O, Eşqinin idarə etdiyi nəqliyyat vasitəsinə əyləşməyəcəyini bildirmiş, bu zaman onlar arasında mübahisə başlamışdır. Həmin vaxt oradan keçən post-patrul xidməti maşını onlara yaxınlaşmış, onların hər ikisinə avtopatrula əyləşməsini söyləmişdir. Onlar heç bir etiraz etmədən avto-patrula əyləşmiş, təxminən 5-7 dəqiqə sonra hadisə yerinə başqa avto-patrul maşını yaxınlaşmış, onları düşürmüş, bir polis əməkdaşı onu digər polis əməkdaşı isə Eşqini avtopatrula əyləşdirmişdir. Həmin vaxt polis əməkdaşı onun belinden toxunaraq yüngül təmas etmişdir. Polis əməkdaşına yalnız və yalnız ona geyimini dəyişmək üçün imkan yaradılmasını xahiş etmiş, lakin buna imkan verilməmişdir. O, həmin vaxt səs-küy salsa da, polis əməkdaşına qarşı heç bir müqavimət göstərməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ PPXT-nin 2-ci bölüyünün polis nəfər, polis serjantı Şahid bildirdi ki, 06 aprel 2024-cü il tarixdə saat 16 radələrində xidmətdə olan zaman qərargah rəisi polis polkovnik-leytenantı Novruz Tahirov onları Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsinə çağırmışdır. O, postaçı yoldaşı Habil Vəliyev ilə birlikdə çağırış əsasında həmin əraziyə getmişlər. Çağırış üzrə qeyd edilən əraziyə çatan zaman N.Tahirov avto-patrul maşınında əyləşmiş iki nəfər vətəndaşı aidiyyatı üzrə 3-cü PB-ə aparmalı olduqlarını bildirmiş, o, Şəxs, postaçı yoldaşı Habil Vəliyev isə Eşqin Allahverdiyevi post-patrul avtomobilinə əyləşdirməyə çalışmışlar. Bu zaman vətəndaş Şəxs ona öz etirazını bildirərək ev paltarında olduğunu, bu səbəbdən polis bölməsinə getmək istəmədiyini bildirmişdir. O, yenidən Şəxs onlarla birlikdə PB-nə getmək lazım olduğunu bildirmiş, lakin sonuncu yenidən etiraz edərək getməyəcəyini bildirmiş, bu səbəbdən o, Muxtarova fiziki güc tətbiq etmiş, sonuncunun qoluna girərək onu avto-patrula əyləşdirmişdir. Həmin vaxt postaçı yoldaşı Habil Vəliyev digər vətəndaş Eşqin Allahverdiyevi avto-patrula əyləşdirdiyi üçün onlar arasında baş verənləri görməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ PPXT-nin 2-ci bölüyünün polis nəfər, polis serjantı X4 bildirdi ki, 06 aprel 2024-cü il tarixdə saat 16 radələrində xidmətdə olan zaman qərargah rəisi polis polkovnik-leytenantı Novruz Tahirov onları Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsinə çağırmışdır. O, postaçı yoldaşı Şahid ilə birıikdə çağırış əsasında həmin əraziyə getmişlər. Çağırış üzrə qeyd edilən əraziyə çatan zaman Novruz Tahirov avto-patrul maşınında əyləşmiş iki nəfər vətəndaşı aidiyyatı üzrə 3-cü PB-ə aparmalı olduqlarını bildirmiş, o, Eşqin Allahverdiyevi, postaçı yoldaşı Şahid isə Şəxs post-patrul avtomobilinə aparmağa çalışmışlar. O, Eşqin Allahverdiyevi avto-patrula əyləşdirdiyi üçün Şəxs ilə postaçı yoldaşı Şahid arasında olanları görməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 bildirdi ki, o, kənarda olduğu üçün polis əməkdaşə Şahid ilə dostu Şəxs arasında olanları görməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ PPXT-nin polis nəfəri, polis serjantı X2 tərtib etdiyi “Raport”dan görünür ki, sonuncu baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisinə müraciət etmişlər. xx.xx.2024-cü il tarixli “İzahat”dan görünür ki, Şəxs öz əməlini etiraf etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsləri, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilsə də, sonuncunun əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Məhkəmə iclası zamanı Şəxs ilə Eşqin Allahverdiyev arasında mübahisə baş verən zaman yaranmış səs-küyü şahid qismində dindirilmiş polis əməkdaşları Şahid və Habil Vəliyev görmədiyini bildirmişlər. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati inzibati xəta törətmişdir. Belə ki, post-patrul əməkdaşları Eşqin Allahverdiyev ilə Şəxs arasında baş vermiş hadisənin araşdırılması məqsədi ilə Şəxs polis bölməsinə dəvət etsələr də sonuncu polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmamış, edilmiş göstərişlərə məhəl qoymadan öz qanunsuz və hüquqazidd xarakterli əməllərini davam etdirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi polis leytenantı Qubad Vəliyevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətann törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etsə də, İXM-nin 510-cu maddəsi ilə inzibati xətann törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:10-da tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 11:20-də azad edilmişdir. Bu hal tənbeh tətbiq edilərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİnin 3-cü PB tərəfindən xx.xx.2024-cü il tarixdə saat 19:10-da tutularaq, xx.xx.2024-cü il tarixə, saat 11:20-dək saxlanması nəzərə alınsın və onun üzərində 150 ( bir yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-782/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-782/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver