Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-786/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 inzibati xəta haqqında iş üzrə qərarlardan verdiyi şikayətə işə baxmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ : X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək inzibati xəta haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, şikayətin nəticə hissəsində ümumi formada inzibati qərarların ləğv edilməsi xahiş edilmişdir. Şikayətin məzmununa və əlavə edilmiş sənədlərə əsasən isə müəyyən edilmişdir ki, “Khazr LX” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı və “Peogeot” markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə görə Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 2021, 2022 və 2023-cü illərdə bir neçə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Qərarlar isə həm hazırda şikayət vermiş şəxs X1, həm də X2 barəsində qəbul edilmişdir. Həmçinin iş üzrə inzibati tənbeh tətbiq etmə barədə qərarlar müxtəlif ərazilərdə törədilmiş inzibati xətalara görə qəbul edilmişdir. Bunlardan biri Sumqayıt ərazisində, digərləri isə başqa ərazilərdə törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, hazırki şikayətə yalnız bir inzibati tənbeh tətbiq etmə barədə qərar əlavə edilmiş, həmin qərar isə şikayət vermiş şəxs X1 barəsində deyil, X2 barəsində qəbul edilmişdir. Bu baxımdan qeyd edilən qərardan X1 şikayət vermə hüququ da yoxdur. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə inzibati tənbeh tətbiq etmə barədə qərarlar müxtəlif ərazilərdə törədilmiş inzibati xətalara görə qəbul edilmişdir. Bunlardan biri Sumqayıt ərazisində, digərləri isə başqa ərazilərdə törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən isə həmin inzibati tənbeh tətbiq etmə barədə qərarlardan şikayət inizbati xətanın törədilməsi yeri üzrə müvafiq rayon (şəhər) məhkəməsinə verilə bilər. Həmin qərara əsasən həmçinin barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Yəni, şəxs şikayətinə yaşayış yeri üzrə baxılmasını istəyirsə şikayətlə eyni zamanda müvafiq vəsatət də verməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrıayrılıqda aparıldığı üçün onlardan məhkəməyə veriləcək şikayət də ayrı-ayrılıqda verilməldir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarlardan X4 tərəfindən verilmiş şikayət icraata qəbul edilmədən geri qaytarılmalı, yalnız öz barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə şikayət etmək hüququnun olması X3 izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati tənbeh tətbiq etmə barədə qərarlardan X4 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Yalnız öz barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrıayrılıqda qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə şikayət etmək hüququnun olması X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-786/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-786/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver