Məhkəmə qərarları › İş №3(060)-786/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-786/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-786/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş orqan Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol X4 Nəqliyyat Hadisələri üzrə inspektoru, polis kapitanı X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyənetdi: Şəxs barəsində Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən İXM-nin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokol və ona əlavə olunmuş sənədlər 04 aprel 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Protokolu tərtib etmiş orqan Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru X2 04 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsi Əhməd İsmayılovun ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar