Məhkəmə qərarları › İş №3(060)-787/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-787/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-787/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İXP ******* saylı protokol üzrə Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə istifadəsində olan "Mitsubishi Pajero minik" markalı, **-XV-*** nömrəli avtonəqliyyat vasitəsi ilə Saray qəsəbəsi ərazisində Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və qərardan da göründüyü kimi hadisə xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində baş vermişdir. Cərimə edilməyinə səbəb yol polis inspektoru ilə aralarında olan mübahisədir ki, o vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onu inzibati məsuliyyətə cəlb etmişdir. İnspektor ona sərxoş vəziyyətdə olub-olmadığını soruşduqda o sərxoş olmadığını bildirsə də, ona alkotestr vasitəsi ilə yoxlanılmağını təklif etmişdir. O, həmin aparatın ağız hissəsini dəyişdirilməsinin onun vəzifə borcu olduğunu bildirərək gigiyenik qaydalara əməl etməsini, dəyişdirilməsini tələb etsə də,o bundan imtina edərək onunla mübahisə etmişdir. Göründüyü kimi o müayinədən imtinə etməmişdir. İnspektor yoxlanışdan keçmədiyi üçün onu sərxoş olmaqda ittiham edərək barəsindədə protokol tərtib etmişdir. Protokol tərtib edildikdən dərhal sonra Sumqayıt şəhər Narkoloji Dispanserində öz təşəbbüsü ilə müayinədən keçərək sərxoş vəziyyətdə olmadığını xx.xx.2024-cü il tarixli, 1490 nömrəli müayinə aktı ilə sübut edilmişdir. Qeyd edilən müayinə aktı da həmin tarixdə hadisədən sonra saat 08:40 radələrində tərtib olunmuşdur. O, sərxoş olmadığı halda əsassız olaraq 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir və həmin vaxtı digər heç bir qayda pozuntusu törətməmişdir. Yol polisi inspektoru əsasız olaraq barəsində protokol tərtib etmişdir və həmin protokol əsasında qərar çıxarılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X1 şikayətə şəxsin yaşayış yeri üzrə baxılmasına dair ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarı ilə istifadəsində olan "Mitsubishi Pajero minik" markalı, **-XV-*** nömrəli avtonəqliyyat vasitəsi ilə Saray qəsəbəsi ərazisində Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə cərimə edilmişdir. Həmin qərardan şikayət vermək niyyətindədir. O, hal-hazırda ünvan 1 ünvanında ailəmlə birlikdə yaşayır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Ona görə də, şikayətinə Sumqayıt şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayon DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində X3 Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 1490 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2024-cü il tatixdə saat 08:45 radələrində müayinə zamanı X2 alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını dinləyib və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan İXP seriyalı, ******* nömrəli protokoldan müəyyən olunur ki, qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si Yol Patrul Xidməti inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində saxlanılmış, inspektor tərəfindən X1 nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi qənaətinə gəlinmiş və S.Məmmədov barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Lakin o, xx.xx.2024-cü il tarixdə saat 08:45 radələrində Sumqayıt şəhər Narkoloji Dispanserdə müayinədən keçmiş, 1490 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun alkoqol sərxoşluq vəziyyətinin olmadığı müəyyən olunmuş və ziddiyyət yaranmışdır. Lakin buna baxmayaraq ziddiyyət aradan qaldırılmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X4 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130 və 134.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon DYPŞ-nə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar