Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-789/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Tural Kazımovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs: X5 oğlunun, Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Xızı rayonu, Şürabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xızı rayonu, Şürabad qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, fərdi evdə yaşayan, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1- ci PBdən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02.02.2021-ci il tarixdə X5 oğluna məxsus Sumqayıt şəhəri Novruz qəsəbəsi ərazisində işlətdiyi “Smoke House” adlı mağazanın qabağında olan soyuducunun qıfılını sındıraraq 70 manat dəyərində olan içkiləri oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Tural Kazımov protokolda yazılanları təsdiq edərək, Şəxs 02.02.2021-ci il tarixdə X5 oğluna məxsus Sumqayıt şəhəri Novruz qəsəbəsi ərazisində işlətdiyi “Smoke House” adlı mağazanın qabağında olan soyuducunun qıfılını sındıraraq 70 manat dəyərində olan içkiləri oğurlamışdır. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, o, həqiqətəndə 02.02.2021-ci il tarixdə X5 oğluna məxsus Sumqayıt şəhəri Novruz qəsəbəsi ərazisində işlətdiyi “Smoke House” adlı mağazanın qabağında olan soyuducunun qıfılını sındıraraq 70 manat dəyərində olan içkiləri oğurlayıb. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı hazırda ödəməyə imkanı yoxdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X5 oğlu şikayətçi olduğunu bildirərək ona məxsus “Smoke House” adlı mağazasından 70 manat dəyərində olan içkilər oğurlandığını bildirdi. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Səfərli X3 Xanbaba Etibar oğluna yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 12 fevral 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs 02.02.2021-ci il tarixdə X5 oğluna məxsus Sumqayıt şəhəri Novruz qəsəbəsi ərazisində işlətdiyi “Smoke House” adlı mağazanın qabağında olan soyuducunun qıfılını sındıraraq 70 manat dəyərində olan içkiləri oğurlamışdır. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, və inzibati protokol tərtib etmiş şəxsin, müdafiəçinin izahatlarını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun X5 oğluna məxsus Sumqayıt şəhəri Novruz qəsəbəsi ərazisində işlətdiyi “Smoke House” adlı mağazadan 70 manat dəyərində olan içkiləri oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 09 mart 2021-ci il tarixdən, saat 12.25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs oğluna göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-789/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-789/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver