Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-789/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X15 katibliyilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi «Şimal» Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxslər X4 və X11, iştirakları ilə, xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, yataqxana 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs H.Zeynalabdin qəsəbəsi, SKZ yataqxana 3 ünvanında spirtli içkinin təsiri altında qonşularla mübahisə edərək nalayiq ifadələr işlətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X13 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə vətəndaş Şəxs H.Zeynalabdin qəsəbəsi, SKZ yataqxana 3 ünvanında spirtli içkinin təsiri altında qonşular X4 və X16 ilə mübahisə edərək nalayiq ifadələr işlətmişdir. X7 tərəfindən DİN-in 102 xidmətinə şikayət edilmiş və bu səbəbdən Şəxs. Buna görə də qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, içkili halda olduğu üçün nalayiq ifadələr işlətmişdir. Belə ki, X7 və onun həyat yoldaşı X16 onun qonşusudurlar. xx.xx.2024-cü il tarixində, saat 17:00 radələrində X7 mənzilin qapısını bərk örtdüyü üçün əsəbiləşmiş və öz mənzilində onun barəsində nalayiq ifadə işlətmişdir. Bundan sonra onun X9 onun qapısını döymüş və o, qorxduğu üçün bıçaq götürərək qapıya çıxmışdır. X1 102-yə zəng vurduğunu eşidib mənzildən çıxıb getmişdir. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi «Şimal» Vəkil Bürosunun vəkili X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahatında bildirdi ki, Samir onlarla eyni yataqxanada, eyni mərtəbədə yaşayır. O, spirtli içki düşkünüdür, bina sakinləri arasında heç bir nüfuza sahib deyil, mütəmadi olaraq spirtli içki qəbul edərək ona və digər qonşulara narahatlıq yaradır. xx.xx.2024-cü il tarixində o, Şəxs mənzilində onun barəsində nalayiq ifadələr işlətdiyini eşitmişdir. X9 evə gəldikdə bu barədə ona bildirib. Amil gedib Samirin qapısını döymüş və samir əvvəlcə qapını aralamış, sonra isə bağlayaraq mənzilə getmiş və təkrar qapını açaraq əlində bıçaqla qapıya çıxmışdır. O, Amilə öz mənzillərinə getməsini demiş və onlar mənzilə daxil olmuşlar. Bundan sonra isə o, 102-yə zəng vburmuşdur. Zərərçəkmiş şəxs qeyd olunanların nəzərə alınmasını və Şəxs müvafiq tənbeh tədbiri tətbi edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X16 məhkəmə iclasında izahatında bildirdi ki, Samir onlarla eyni yataqxanada, eyni seksiyada yaşayır. O, spirtli içki düşkünüdür, bina sakinləri arasında heç bir nüfuza sahib deyil, mütəmadi olaraq spirtli içki qəbul edərək ona və digər qonşulara narahatlıq yaradır. xx.xx.2024-cü il tarixdə, saat 17:20 radələrində Samir yenə sərxoş halda yaşadıqları binada həyat yoldaşı Təhminəyə qarşı ucadan nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O, evə gələndə Təhminə bu barədə ona bildirmiş və o, Samirin mənzilinin qapısını döymüşdür. Samir qapını aralmış və sonradan təkrar qapını açaraq əlində bıçaqla qapıya çıxmışdır. Onlar bundan sonra öz mənzillərinə getmişlər. Həyat yoldaşı 102 xidmətinə zəng vurmuşdur. Zərərçəkmiş şəxs qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:20 radələrində Samir yenə sərxoş halda yaşadıqları binada ucadan nalayiq ifadələr işlədərək kimisə təhqir edirdi. Onlar mənzildən çıxdıqda onun digər qonşuları Təhminə və həyat yoldaşı Elxanla mübahisə etdiyini, sonradan əlində bışaqla mənzildən çıxıb getdiyini görmüşdür. Mübahisə bir neçə dəqiqə davam etsə də, sonradan Samir binadan uzaqlaşıb getdi. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:20 radələrində Samir yenə sərxoş halda yaşadıqları binada ucadan nalayiq ifadələr işlədərək kimisə təhqir edirdi. O, hadisənin birbaşa şahidi olmamış və X4 bildirdiklərinə əsasən Samirin onu təhqir etdiyini və bıçaq çəkdiyini bilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, sahə rəisini, zərərçəkmiş şəxsləri, şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə ilə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Bu səbəbdən onun barəsində 05 gün müddətində inzibati qaydada həb tətbiq edilməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 14:30-da azad olunmuşdur. Onun tutulduğu müddət həbsdən çıxılmalı üzərində 04 gün inzibati həbs saxlanmalıdır. Qərar dərhal icra edilməli, əbsdə saxlama müddətinin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq «Şimal» Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün həmin müddətdən çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) gün inzibati həbs saxlansın. Həbsdə saxlama müddətinin əvvəli 08 aprel 2024-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs «Şimal» Vəkil Bürosunun vəkili X5 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq «Şimal» Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-789/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-789/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver