Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-791/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, X2 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 xx.xx.2024-cü ildə Sumqayıt Şəhər Məhkəməsinə inzibati xəta haqqında qərardan şikayət verərək, ona məxsus **-EH-*** dövlət qeydiyyat nişanlı, ’‘Nissan Bluebird" markalı nəqliyyat vasitəsinin həbsdə olduğu barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X2 müraciəti baxılmadan geri qaytarılmalıdır. Şikayət verən şəxs şikayət ərizəsinin xahiş hissəsində ona məxsus **-EH-*** dövlət qeydiyyat nişanlı, “Nissan Bluebird" markalı nəqliyyat vasitəsinin həbsdə olduğu barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin şikayət verən şəxs hansı qərarı mübahisələndirdiyini şikayət ərizəsinin xahiş hissəsində qeyd etməmişdir. Belə ki, şikayətçinin xahişinin nədən ibarət olması məhkəmə tərəfindən müəyyən edilmir. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, şikayətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 ona məxsus **-EH-*** dövlət qeydiyyat nişanlı, ’‘Nissan Bluebird" markalı nəqliyyat vasitəsinin həbsdə olduğu barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. X3 nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-791/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-791/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver