Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-792/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 16.06.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair X5 və X2 birlikdə imzaladıqları şikayətə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 və X6 birgə imzaladıqları şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 16.06.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 29 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər aşagıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Əvvəla şikayətə Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin mübahisələndirilən qərarı əlavə edilməmişdir. Bu qeyri müəyyənliklə bağlı məhkəmə qeyd edir ki, X9 və ya X6 hər biri ayrı ayrılıqda öz adlarına qəbul edilmiş inzibati xəta haqqında qərarları əldə edib, hər biri narazı olduqları qərarı fərdi qaydada məhkəmədə mübahisələndirə bilərlər. Bundan başqa şikayətə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2021ci il tarixli qərarının surətindən görünür ki, X9 və X2 iyirmidən çox inzibati xəta haqqında qərarı mübahisələndirdiyi şikayəti İnzibati Xətalar Məcəlləsinin 130.1, 130.2-ci maddələrinin tələblərinə əməl edilmədiyindən geri qaytarılmışdır. X3 və X6 yenə də İnzibati Xətalar Məcəlləsinin 130.1, 130.2-ci maddələrinin tələblərinə əməl etmədən şikayət vermişlər. Məhkəmə X9 və X4 izah edir ki, yuxarıda göstərilən kifayət qədər uyğunsuzluqlar onların şikayətinin baxılmasını mümkünsüz edir. Buna görə də şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132.1.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 16.06.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X7 və X4 geri qaytarılsın. X7 və X4 izah olunsun ki, qərardadın təsviri əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-792/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-792/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver