Məhkəmə qərarları › İş №3(060)-792/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-792/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-792/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 03 aprel 2023-cü il tarixli MN №li ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixində saat 12:25 radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsində Nizami parkı daxilində ictimai qaydanı pozaraq icra hakimi müavininin ünvanına ictimai yerdə nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 04 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixində saat 12:25 radələrində Sumqayıt şəhəri, 20 Yanvra küçəsində işlətdiyi maqazinin qarşısında küçə ticarəti ilə məşğul olmuşdur. Bu zaman icra hakimi müavini ərazidə qanunsuz küçə ticarətini yığışdırılmasını tələb etdikdə aralarında söz mübahisəsi olmuş və Şəxs lezva ilə ozünün qolunu və boynunu kəsərək özünə xəsarət yetirmişdir və icra hakimi müavininin ünvanına nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Hal-hazırda barəsində təhqiqat araşdırılması gedir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 32-ci məhəllə ərazisində icarə əsasında işlətdiyi ticarət obyektində göygöyərti satışı ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə təxminən saat 12:25 radələrində Sumqayıt Şəhər İcra hakimiyyətinin müavini Akif Quliyev ona yaxınlaşaraq obyektimin qarşısından göyərtinin yığışdırılmasını tələb etmiş, o, isə ona göyərtini yığışdırmayacağını, onları öz obyektinin qarşısına düzdüyünü demişdir. O, göyərtini yığışdırmadığı üçün aralarında sözlü mübahisə yaranmış, bu zaman o, lezva ilə boyun nahiyəsini və sol qolunu kəsərək özünə xəsarət yetirmişdir. Bu zaman həmin ərazidə xidmət aparan PPXT əmkdaşları dərhal ona yaxınlaşaraq lezvanı əlindən alaraq onu tibbi yardım üçün Sumqayıt Şəhər TTYX-a aparmışlar. Orada ona lazımi tibbi yardım göstərilmiş, daha sonra onu ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-ə aparmışlar. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:25 radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 32-ci məhəllə ərazisində olan Sumqayıt Şəhər İcra hakimiyyətinin müavini Akif Quliyev orada obyektinin qarşısında göyrəti satışı ilə məşğul olan Şəxs bunu irad tutaraq göyərtini oradan yığışdırmasını tələb etmidşir. Şəxs ona göyərtini yığışdırmayacağımı, onları öz obyektinin qarşısına düzdüyünü bildirmişdir. O, göyərtini yığışdırmadığı üçün aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman Şəxs obyektinin içərisinə keçərək lezva götürüb boyun nayihəsini və sol qolunu kəsərək özünə xəsarət yetirmişdir. Dərhal ona yaxınlaşaraq lezvanı onun əlindən alaraq onu tibbi yardım üçün Sumqayıt Şəhər TTYX-a apararaq orada Şəxs lazımi tibbi yardım göstərilmişdir. Bundan sonra onu ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aprılmışdırlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, 50,00 (əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar