Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-794/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru- X1, İcra sənədi üzrə tələbkar- Əliyeva (Sultanova) Günel Habil qızının iştirakları ilə, xx.xx.1959-cu ildə Cəbrayıl rayonu Balyand kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 09.03.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsinin icrasına maneçilik törətmişdir. Tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, tərəfindən 09.03.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsinin icrasına maneçilik törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 azyaşlı övladları 28.09.2011-ci il təvəllüdlü X3 və 22.05.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları ev 11) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi müəyyən edilmişdir. İcra sənədi üzrə tələbkar- Əliyeva (Sultanova) Günel Habil qızının keçmiş qaynatası vətəndaş Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsinin icrasına maneçilik törətdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə ünvan 2 ünvanında olmuşlar. Evin giriş qapısını dəfələrlə döymələrinə baxmayaraq qapını açmamışlar, Amid Əliyevin atası Şəxs qapını açmayacağını söyləmiş, onları evin həyətində açıq itin olması ilə hədələmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs- Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçı X2 azyaşlı övladları 28.09.2011-ci il təvəllüdlü X3 və 22.05.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları ev 11) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi müəyyən edilmişdir. 11.03.2021-ci il tarixdə təzminat ödənilməsi ilə bağlı məhkəmə iclası olacaqdır. Hakim tərəfindən hansı qərar qəbul edilsə həmin qərarla razılaşacaqdır və tələbkar ya təzminat olaraq pul, ya da evlə təmin ediləcəkdir. Odur ki, barəsində inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən icra sənədi üzrə tələbkar- Əliyeva (Sultanova) Günel Habil qızı izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-3408/2019 saylı, 18.04.2019-cu il tarixli icra sənədinə əsasən o, azyaşlı övladları 28.09.2011-ci il təvəllüdlü X3 və 22.05.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları ev 11) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi müəyyən edilmişdir. Dəfələrlə icra məmuru ilə birlikdə ünvan 2 ünvanında olmuşlar. Evin giriş qapısını dəfələrlə döymələrinə baxmayaraq qapını açmamışlar, Amid Əliyevin atası Şəxs qapını açmayacağını söyləmiş, onları evin həyətində açıq itin olması ilə hədələmişdir. Odur ki, Şəxs barəsində tənbeh tətbiq edilməsini xahiş edir. Müdafiəçi Vəkil Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində protokol tərtib edilmiş şəxsi, icra sənədi üzrə tələbkarı, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər şəhər Məhkəməsinin 2 (060)- 3408/saylı, 18.04.2019-cu il tarixli icra sənədindən görünür ki, iddiaçı X2 azyaşlı övladları 28.09.2011-ci il təvəllüdlü X3 və 22.05.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 6-cı məhəllədə (Metallurq bağları ev 11) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin iş materiallarında olan 09.10.2020-ci il tarixli, 02.03.2021-ci il tarixli 03.03.2021-ci il tarixli, 09.03.2021-ci tarixli aktların surətindən görünür ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tələbkarla birlikdə dəfələrlə ünvan 2 ünvanında olmuşlar. Evin giriş qapısını dəfələrlə döymələrinə baxmayaraq qapını açmamışlar, Amid Əliyevin atası və anası qapını açmayacağını söyləmiş, Şəxs onları evin həyətində açıq itin olması ilə hədələmişdir. İş materiallarından görünür ki, Şəxs 2-ci dərəcəli əlilliyi vardır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki Sumqayıt şəhər Məhkəməsinin 2 (060)- 3408/saylı, 18.04.2019-cu il tarixli icra sənədi üzrə Şəxs özünün də izahatında mənzildən çıxmağa razı olmadığını bildirməsi onun məhkəmə qətnaməsinin icrasına maneçilik törətdiyini və icra məmurunun qanuni tələblərinə tabe olmaması və yerinə yetirmədiyini göstərir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkəttləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal onun 2-ci dərəcə əlilliyinin olmasıdır. İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun 2-ci dərəcə əlilliyinin olmasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-794/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-794/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver