Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-794/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, qərardan şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN №1290405 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona qarşı tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN №1290405 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndəsi İnzibati Xəta haqqında MN №1495731 nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyildir. Protokolda həyətyanı sahədə formalaşan mal-qara peyini, ot qalığı və məişət tullantılarını Bakı-Quba avtomobil yolunun və dəmir yolunun kənarına qanunsuz şəkildə qalaqlayaraq yandırdığı göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, belə bir əməli törətməmişdir. Ondan qabaq həmin ərazidə tüstü çıxdığını görmüş, yaxınlaşdıqda isə tanımadığı bir şəxs ondan xahiş etmişdir ki, bir vedrə su gətir tüstünün üzərinə atsın. O da onun xahişini yerinə yetirmişdir. Bu zaman onun şəkilini çəkib və ona bildirmişdir ki, çəkilən şəkil əhəmiyyətsiz bir şeydir, narahat olmasın, lakin sonradan ona məlum olmuşdur ki, bu şəxs cavabdeh təşkilatın nümayəndəsidir və birbaşa onun savadsızlığından və sadəlövlüyündən istifadə edərək etmədiyi əməli onun üzərimə qoymaq istəmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN №1290405 nömrəli qərar ilə o AR İXM-nin 271-ci maddəsinə əsasən, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmamış, yalnız bir nəfərin tərtib etdiyi protokola əsaslnmışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 14 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmədə şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 şikayətini müdafiə edərək bildirdi ki, X4 onun oğludur. Oğlu belə bir əməli törətməmişdir. Oğlundan qabaq həmin ərazidə tüstü çıxdığını görmüş, yaxınlaşdıqda isə tanımadığı bir şəxs ondan xahiş etmişdir ki, bir vedrə su gətir tüstünün üzərinə atsın. O da onun xahişini yerinə yetirmişdir. Bu zaman onun şəkilini çəkib və ona bildirmişdir ki, çəkilən şəkil əhəmiyyətsiz bir şeydir, narahat olmasın, lakin sonradan ona məlum olmuşdur ki, bu şəxs cavabdeh təşkilatın nümayəndəsidir və birbaşa onun savadsızlığından və sadəlövlüyündən istifadə edərək etmədiyi əməli onun üzərimə qoymaq istəmişdir. Qeyd olunanlara əsasən X4 barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək, xx.xx.2023-cü il tarixdə idarəyə şikayət daxil olmuşdur. Şikayət əsasında tədbir görülərək ərazidə xidmət göstərən müfəttişlər tərəfindən qeyd olunan əraziyə baxış keçirdilmiş, baxış zamanı Sumqayıt şəhəri, Bakı-Quba avtomobil və dəmir yolunun kənarında tullantıların qalqlanaraq yandırılması faktı aşkar edilmişdir. Həmin ərazidə üç nəfər tullantıların qalqlanaraq yandırılması barədə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan işin hallarını təsdiq edən foto şəkilləri məhkəməyə təqdim edərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş foto şəkillərə baxaraq və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli Ç-BM/4323-119 saylı inzibati xəta haqqında işlər üzrə bildirişdən görünür ki, Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş Sumqayıt şəhəri, Bakı- Quba avtomobil və dəmir yolunun kənarında tullantıların qalqlanaraq yandırılması faktı ilə əlaqədar İXM-nin 271-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində olan inzibati xəta ilə işə xx.xx.2023-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində baxılacaqdır. İnzibati işə baxılması zamanı şəxsən iştirak etməsi və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməsi xahiş olunmuşdur. Əks təqdirdə inzibati xəta haqqında işə iştirakı olmadan baxılacağı qeyd olunmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən həyətyanı sahəsində formalaşan mal-qara peyini, ot qalığı və məişət tullantılarını Bakı-Quba yolunun avtomobil və dəmir yolunun kənarında qanunsuz olaraq qalqlanaraq yandırılmasına görə İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həyətyanı sahəsində formalaşan mal-qara peyini, ot qalığı və məişət tullantılarını Bakı-Quba yolunun avtomobil və dəmir yolunun kənarında qanunsuz olaraq qalaqlanaraq yandırılmasına görə X4 İXM-nin 271-ci maddəsi ilə 500,00 manat məbləğində iznibati cərimə olunmuşdur. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş foto şəkillərdən müəyyən olundu ki, X4 tərəfindən həyatyanı təsərrüfatında formalaşan mal-qara peyni, ot qalıqları qırmızı araba ilə daşınaraq yandırılması müəyyən olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236 - 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-794/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-794/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver