Məhkəmə qərarları › İş №3(060)-796/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-796/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-796/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1990-cı ildə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan Qəbələ rayonu Mamaylı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2025-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ucadan danışmış, həmçinin yaxınlaşan PPX əməkdaşının qanuni tələbinə tabe olmamış, nəticə inzibati xəta törətdiyi üçün barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə MN ******* seriya №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sumqayıt ŞPİ-nin 3-ci PB tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 3-cü PB-nin polis sahə rəisi Fərid İsmayılov tərtib etdiyi protokola uyğun izahat verərək, bildirdi ki, xx.xx.2025-ci il tarixdə icraatına polis əməkdaşlarının raportu daxil olmuşdur. Həmin raporta göstərilənlərə əsasən qeyd edir ki, həmin tarixdə Bədəlbəyli küçəsində “Accessbank” yanında Şəxs və onun tanışı kafelərdən birində yeyib içdikdən sonra uca səslə nalayiq ifadələr işlətmiş, ətrafdakıların diqqətini özünə çəkməklə xırda xuliqanlıq əməli törətmişlər. Ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq ictimai qaydanı pozmamağı təklif edib onları nizam intizama dəvət etsələr də, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərinə davam etmişlər. Bundan sonra həmin şəxslər PB-də dəvət edilsələr də Şəxs tanışı qaçmağa cəhd etmiş, Şəxs isə kəskin şəkildə etiraz etmişdir. Polis əməkdaşları həmin şəxsləri Avtopatrula əyləşdirib ərazi üzrə 3-cü PB-nə gətirmişlər. Qeyd edir ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin hər iki maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 06 aprel 2024-cü il tarixdə dostu İlham Qiyasbəyli adlı şəxslə Sumqayıt şəhəri ərazisində yerləşən “Çənlibel” restoranında hər birinə təxminən 2-3 bokal pivə içmiş, hesabı ödədikdən sonra restoranı tərk etmiş, 9-cu mkr ərazisində Accesbankın yaxınlığında deyib-gülərək zarafatlaşmışlar. Hesab edir ki, səs küy salmamışlar. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış, nədən dalaşdıqlarını, səs küy saldıqlarını soruşmuşlar. Həmin vaxt yanındaki tanışı polis əməkdaşlarından çəkinərək oradan aralanmağa cəhd etmiş, polis əməkdaşları İlham və onu yaxalayaraq avtopatrulla PB-nə gətirmişlər. O, həmin vaxt Polis əməkdaşlarına nədən onu PB-nə aprdqlarını soruşmuş, buna etiraz etmişdir. Əməlindən peşmandır, bir daha bu kimi xətaya yol verməyəcəyinə söz verir. Barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin PPXT-nun İİ bölüyünün polis nəfəri polis serjantı Cəfərov Eyvaz oğlu izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bədəlbəyli küçəsində “Accessbank” yanında Şəxs və onun bir nəfər tanışı ilə yolun kənarında uca səslə nalayiq ifadələr işlətdiyini, səs küy saldıqlarını, eşidərək həmin yerə yaxınlaşmış, etdikləri qayda pozuntusunu onlara izah etmişlər. Onlar həmin şəxslərə səs küy salmamağı, ətrafda yaşayan insanların rahatlığını pozmamağı tələb etmiş, onları qanunaizdd hərəkətlərdən çəkinməyə dəvət etmişlər. Onları nizam intizama dəvət etsələr də, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərinə davam etmişlər. Bundan sonra həmin şəxslər PB-də dəvət edilsələr də Şəxs yanında olan digər şəxs qaçmağa cəhd etmiş, Şəxs isə PB-nə getməkdən imtina etmişdir. Bundan sonra onlar həmin şəxsləri avtopatrula əyləşdirib ərazi üzrə 3-cü PB-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin PPXT-nın İİ bölüyünün polis nəfəri polis serjantı Ziya Quliyev izahatında digər şahid Ümid Cəfərovun izahatında göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli “Raport”-la baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin PPXT-nun İİ bölüyünün polis nəfəri, polis serjantı Babayev Rövşən Abdulla oğlu Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisinə müraciət etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:15 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 02:25-da buraxılmışdır. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2025-ci il tarixli, A/717 saylı protokoldan görünür ki, aparılmış müayinə nəticəsində Şəxs yüngül dərəcədə alkoqol sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafedici izahatı, iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddələrlə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında dostu İlham Qiyasbəli ilə yeyib içdikdən sonra axşam saatlarında səs küy salaraq, ünvansız nalayiq ifadələr işlətməklə ətrafdakıların diqqətini özlərinə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati inzibati xəta törətmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 3-cü PB-nin polis sahə rəisi Fərid İsmayılovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən normaları ilə inzibati xətann törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Pərvin Əiyevin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Pərvin Əiyevinin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, əməlindən peşman olmasını, davranışını törədilən inzibati xətaların xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün yetərlidir, bu səbəbdən təqsirli bilindiyi maddələrin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göründüyü kimi Şəxs araşdırma zamanı 01 gün müddətində tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin 200 (iki yüz) manat cərimə edilsin, tutulduğu 01 gün müddət nəzərə alınaraq o, qəti olaraq 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar