Məhkəmə qərarları › İş №3(060)-797/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-797/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-797/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X4 və X5, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X8 və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə X8 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarı ilə vəzifəli şəxs X11 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilmişdir. Həmin qərardan narazı qalan X11 şikayət verərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X11 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri Novxanı bağlarında yerləşən “Dalğa kafesini işlədir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları ora gəlmiş və inzibati xəta haqqında protokol tərtib etmişlər. Onların deməsinə görə 3 nəfər oturmalı otaqda 4 nəfər əyləşmiş, bununla da Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin tələbləri pozulmuşdur. Protokolda da qeyd edilmişdir ki, “Dalğa” kafesində Nazirlər Kabinetinin 237 saylı Qərarına əsasən adam qəbulu üzrə otaqda sıxlıq normaları düzgün hesablanmamış, 10 kv.m otaqda 3 nəfər əvəzinə 4 nəfər müştəri oturacaqlar arasında 1 metr məsafə gözlənilmədən əyləşmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşlarına bildirilmişdir ki, həmin otaqda oturan 4 nəfər bir ailənin üzvləridir, onlar daimi müştərilərdir, buna görə onlar başqalarından fərqli olaraq həmin otaqda oturaraq istirahət edirlər. Protokolda yazılanlar həqiqətə uyğun deyildir, həmin otaq 10 kvm-dən böyükdür, onlar arasında məsafə qanunun tələblərinə uyğunlaşdırılmışdır. Həmin tarixdə dəniz qırağlnda yerləşən bütün kafelərin hamısına eyni qaydada, eyni üslubda protokol tərtib edərək cərimə yazılmışdır. Hesab edir ki, protokol və qərar görünüş üçün, özlərinin fəaliyyətinin qiymətləndirilməsi üçün yazılmışdır. Kafedə bütün qaydalara əməl edildiyindən qərarı qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında X11 və müdafiəçisi X6 şikayəti müdafiə edərək təmin edilməsini, X11 barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər və bildirdilər ki, belə əsassız cərimə yazılması X1 rejimi dövründə ağırlaşan iqtisadi durumunu daha da pisləşdirmiş, fəaliyyət göstərməsi, işçilərin əmək haqqını ödəməsi qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X7 və X9 bildirdilər ki, xx xxxxxx 2021-ci ildə saat 19:59-da Sumqayıt- Novxanı yolunda yerləşən “Dalğa” kafesində karantin rejiminə əməl edilməsi vəziyyəti yoxlanılmış və müəyyən edilmişdir ki, kafedə qida qəbulu otağında sıxlıq normaları düzgün hesablahmamış, 14 nömrə ilə qeyd edilən 10 kv.m otaqda 3 nəfər əvəzinə 4 nəfər oturaraq 1 m-lik ara məsafəsi gözlənilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş, fotoşəkil çəkilərək akt tərtib edilmişdir. Vəzifəli şəxs X11 izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə X8 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, xx xxxxxx 2021-ci ildə saat 19:59-da Sumqayıt-Novxanı yolunda yerləşən “Dalğa” kafesində karantin rejiminə əməl edilməsi vəziyyəti yoxlanılmış və müəyyən edilmişdir ki, kafedə qida qəbulu otağında sıxlıq normaları düzgün hesablahmamış, 14 nömrə ilə qeyd edilən 10 kv.m otaqda 3 nəfər əvəzinə 4 nəfər oturaraq 1 m-lik ara məsafəsi gözlənilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş protokolda qida qəbulu otağının sahəsinin düz göstərilməməsi ilə bağlı şikayətin dəlilinin yoxlanılması üçün Sumqayıt-Novxanı yolunda yerləşən “Dalğa” kafesinin həmin otağına baxış keçirildi. Məlum oldu ki, 14 nömrə ilə qeyd edilən həmin otaq 10 kv.m-dir. Fotoşəkildə də otağın nömrəsinin 14 olması görünür. “Dalğa” kafesinin tərtib etdiyi cədvəllərdə də bu otaq 10 kv.m göstərilmişdir. X3 böyük otağı göstərsə də protokolun həmin otaqda oturanlara görə tərtib edilməsi təsdiq edilmədi. Təqdim edilmiş sənədlərdən görünür ki, X11 vergi ödəyicisidir (VÖEN: **********). Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”i təsdiq etmişdir. “Koronavirus (covid-19) pandemiyasi dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağli bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli, 237 nömrəli Qərarinın tələbinə görə koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalı, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalı, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.... İctimai iaşə obyektlərinin girişçıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməli, ictimai iaşə obyektində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün operativ nəzarət üzrə məsul şəxs (bundan sonra – məsul şəxs) təyin edilməli və bu təyinat rəsmiləşdirilməlidir. Məsul şəxs koronavirusla (COVİD-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməli, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil etməli, bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Bu Qərardan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli, 237 nömrəli Qərari ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”na əsasən kafelərin otaqlarında 50 nəfərə qədər müştəriyə xörəkpaylayanlar vasitəsilə xidmət zamanı bir nəfərə düşən sahə 3,64 kv.m olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur... Məhkəmə X8 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, X11 vergi ödəyicisidir, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olur, Sumqayıt-Novxanı yolunda yerləşən “Dalğa” kafesini işlədir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları həmin kafedə karantin rejiminə əməl edilməsi və “Koronavirus (covid-19) pandemiyasi dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağli bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli, 237 nömrəli Qərarinın tələbinə əməl edilməsi vəziyyətini yoxlamışlar. Müəyyən edilmişdir ki, kafedə qida qəbulu otağında sıxlıq normaları düzgün hesablahmamış, 14 nömrə ilə qeyd edilən 10 kv.m otaqda 3 nəfər əvəzinə 4 nəfər oturaraq 1 m-lik ara məsafəsi gözlənilməmişdir. Beləliklə, X8 şitkayəti əsassız olduğundan rədd edilməlidir. Şikayətin özündə şikayətçi özü də otaqda 4 nəfərin oturduğunu, onların bir ailənin üzvü olduğunu bildirmişdir. Məhkəmə şikayətin bu və digər dəlillərini tam, obyektiv və hərtərəfli araşdırdı, ancaq bunlar iş materialları, tədqiq olunan sübutlarla təsdiq edilmədi. Ona görə də, məhkəmə şikayətdə göstərilənləri inzibati tənbehdən yayınma kimi qiymətləndirir. X8 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 şikayəti təmin edilməsin. X8 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar