Məhkəmə qərarları › İş №3(060)-797/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-797/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-797/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X15 08.10.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair X5 və X2 birlikdə imzaladıqları şikayətə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 və X6 birgə imzaladıqları şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X15 08.10.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şikayətə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X13 mübahisələndirilən qərarı əlavə edilməmişdir. X1 adına olan elektron məlumat əlavə edilmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 29 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər aşagıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, X9 və ya X6 hər biri ayrı ayrılıqda özləri barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarları əldə edib, hər biri narazı olduqları özləri barəsində qərarı fərdi qaydada məhkəmədə mübahisələndirə bilərlər. X9 və X2 X8 və ya başqa şəxsin barəsində olan qərarlardan şikayət vermək hüquqları yoxdur. Azərbaycan Respublikası İXM-nin tələbinə görə X8 barəsində olan qərar özü və onun vəkili tərəfindən mübahisəlındirilə bilər. Bundan başqa, şikayətə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2021-ci il tarixli qərarının surətindən görünür ki, X9 və X2 iyirmidən çox inzibati xəta haqqında qərarı mübahisələndirdikləri şikayətləri İnzibati Xətalar Məcəlləsinin 130.1, 130.2-ci maddələrinin tələblərinə əməl edilmədiyindən geri qaytarılmışdır. X3 və X6 yenə də İnzibati Xətalar Məcəlləsinin 130.1, 130.2-ci maddələrinin tələblərinə əməl etmədən şikayət vermişlər. Beləliklə, mübahisələndirilən qərarın surəti şikayətə əlavə edilməmiş, şikayət səlahiyyətli şəxs tərəfindən verilməmişdir. Bunlarla bərabər, şikayət qanunvericilikdə nəzərdə tutulmuş vaxtda verilməmişsə müddətin bərpası barədə vəsatət verilməlidir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bütün bu göstərilənlər inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır, çünki X5 və X2 birgə imzaladıqları şikayət icraata qəbul edilə bilməz. Onlara izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, özləri barəsində olan qərardan qərarın surətini əlavə edərək ayrılıqda şikayət verməklə və müddət buraxılmışdırsa şikayətlə birlikdə ötürülmüş müddətin bərpası barədə vəsatət verməklə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 və X2 Sumqayıt şəhər Polis İdarəsi Dövlət X15 08.10.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə X7 və X4 geri qaytarılsın. X7 və X4 izah olunsun ki, nöqsanları aradan qaldıraraq, hər biri özü barəsində olan qərardan qərarın surətini şikayətə əlavə edərək ayrılıqda şikayət verməklə və müddət buraxılmışdırsa şikayətlə birlikdə ötürülmüş müddətin bərpası barədə vəsatət verməklə məhkəməyə müraciət edə bilərlər. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar