Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-8/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1951-ci ildə Cəbrayıl rayonu, Məzrə kəndində doğulmuş, orta təhsilli, işləməyən, evli, təqaütçü, Cəbrayıl rayonu, Məzrə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Polad tökmə zavodunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsi dövlət yol polisi şöbəsinin AÜBİ polis leytenantı Qəhrəmanov Şahin Polad oğlu tərəfindən 27 iyun 2020-ci il tarixdə inzibati xəta haqqında İXP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, **-RX-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 190 minik” markalı avtomobili idarə edən xx.xx.1951-ci ildə Cəbrayıl rayonu, Məzrə kəndində doğulmuş, orta təhsilli, işləməyən, evli, təqaütçü, Cəbrayıl rayonu, Məzrə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Polad tökmə zavodunda yaşayan ünvanında yaşayan sürücü Hüseynov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəat törətmişdir. AÜBİ polis leytenantı Qəhrəmanov Şahin Polad oğlu tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 20.07.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1350/2020 saylı 06 avqust 2020-ci il tarixli qərarı ilə Hüseynov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400,00 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1350/2020 saylı 06 avqust 2020-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-353/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 3(060)-1350/2020 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 29 sentyabr 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması 13 oktyabr 2020-ci ilə təyin olunmuşdur13 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında məhkəmə hazırki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-353/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq sərxoşluğun təyini barədə ekspertiza təyin etmişdir. Ekspertiza rəyi 30.12.2020-ci il tarixdə məhkəməyə daxil olsa da, lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq məlumatına əsasən işin baxılması 28 yanvar 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov X3 xətanın törədilməsində özünü təqsirli bilməyərək, arvadının bacısı Sümuzər Həsənalıyeva 25.07.2020-ci ildə vəfat etdi, onu 26.07.2020-ci ildə bir qrup qohumları Sumqayıt qəbirstanlığında dəfn edib qayıdarkən onu Sumqayıt Yol Poli əməkdaşı saxlayaraq sərxoş olduğumu bildirmiş, sərxoşluq dərəcəsini müəyyən etmək məqsədilə onu həmin polis əməkdaşı Sumqayıt Narkoloji Dispanserinə gətirmişdir. Müayinə apararaq sərxoş olunduğu bildirdikdə o, buna etiraz etmişdir. Cavabında ona bir ağ vərəq uzadaraq imza etməyini təklif etmişdir. O, da inanıb imza etmişdir. Daha sonra qohumumun ona nahaq boş kağıza imza etdiyini dedikdən sonra birbaşa Bakı şəhərində fəaliyyət göstərən Respublika Narkoloji Mərkəzinə getmişdir. Orda həkim müayinəsindən keçərkən sərxoş olmadığı barədə 26.06.2020-ci il tarixli 2/4327 saylı protokol tərtib edilmişdir. O, şəkər xəstəsidir, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu, ekspertiza rəyini və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmalıdır. İş materiallarından görünür ki, 3418 №-li 26 iyun 2020-ci il, saat 09:00-da tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs sərxoşluq vəziyyəti 0,33% promil aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Respublika Narkoloji Mərkəzinin 2/4327№-li 26 iyun 2020-ci il, saat 11:00-da tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi X6 X2 Ekspretizasının 03.12.2020-ci il tarixli 3382 №-li rəyindən görünür ki, alkoqol qəbulundan sonra 1 saat ərzində qanda alkoqolun miqdarı təxminən 0,1 - 0,2 promil 0/00 azalır, aşağı düşür. Beləki, 26.06.2020-ci il tarixdə, saat 09:10-dan müayinə zamanı göstərici 0,33%-dən olduğunu nəzərə alsaq, təkrar Azərbaycan Respublikası Narkoloji Mərkəzində müayinə edildiyi 26.06.2020-ci il tarixdə, saat 11:00-dək göstəricinin 0,00 olması mümkündür. Şəxs müayinə olunduğu 26.06.2020ci il saat 09:10-dan təkrar müayinə edildiyi 26.06.2020-ci il tarixə, saat 11:00-dək olan müddət ərzində sərxoşluğu aradan qalxması mümdündür. Məhkəmə ekspertizanın rəyini nəzərə alaraq 2/4327№-li 26 iyun 2020-ci il, saat 11:00-da tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını Şəxs barəsində olan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə icraata xitam verilməsi üçün tutarlı sübut hesab etmir. İş materiallarından görünür ki, Şəxs məxsus AC 142019 saylı sürücülük vəsiqəsi 17.03.2020-ci ildən 17.03.2022-ci ilədək etibarlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol, Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 3418 №li 26 iyun 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi X6 X2 Ekspretizasının 03.12.2020-ci il tarixli 3372 №-li rəyi ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (26 iyun 2020-ci il tarixdə) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 124-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-8/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-8/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver