Məhkəmə qərarları › İş №3(060)-8/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-8/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-8/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 18 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-yə məxsus Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsalat) manitorinqinin, təsərrufat fəaliyyətinin ətraf mühitə təsirinin ucot-hesabatı aparılmamışdır. İş materiallarında olan 83109 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ’’Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları"na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci İl tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla ) dövlət, qeyri-dövlət təşkilatlan, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödənişlərin Şəxs MMC tərəfindən ödənilmədiyi müəyyən olunmuş, araşdırma aparılmış və Şəxs MMC-yə dəfələrlə məktubla müraciət edilməsinə başmayaraq Şəxs MMC nümayndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, STAR CP” MMC xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və xx.xx.2021-ciil tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə imzalanmış və xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş 01/ST/2021 nömrəli İcarə müqaviləsinə əsasən Şəxs MMC-nin istehsal sahələrində beton və beton boruları istehsal etmək üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, iş materiallarında olan Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə imzalanmış və xx.xx.2021-ci iltarixdə qüvvəyə minmiş 01/ST/2021 nömrəli İcarə müqaviləsinə əsasən Şəxs MMC-nin istehsal sahələrində beton və beton boruları istehsal etmək üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Buna baxmayaraq inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuşdur. Bununla da ziddiyyət yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC barəsində həmin Məcəllənin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 18 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 18 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar