Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-8/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə “Kia Sorento” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən zaman həmin küçədə hərəkətdə olan ** YP *** qeydiyyat nişanlı YPX avtomobili mənə “SAXLA” əmri vermişdir. O, qanuna əsasən onun “SAXLA" əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru X4 ona bildirmişdir ki, Koroğlu küçəsi ilə hərəkət edən zaman yol ayrıcını dönmə qaydalarını pozmuşdur. O isə etiraz edərək, yol ayrıcına dayandığını, 2 nəqliyyat vasitəsinə yol verdiyini və heç bir nəqliyyat vasitəsinin yolunun dəyişməsinə səbəb olmadığını, eləcə də yol ayrıcını vaxtında döndüyünü bildirmişdir. Onun inzibati pozuntunu etdiyini tam sübut etmədən, X1 onun barəsində xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati protokol tərtib etmiş, həmin protokol əsasında da TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Aşağıdakı əsaslara görə X1 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Əməlində İXM-in 53.1.2-ci maddəsinə uyğun olaraq inzibati xəta tərkibi mövcud deyildir. X4 tərəfindən tərtib edilən TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv etməli və xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməlidir. Həmçinin, X1 TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tərtib edərkən, onun prosessual hüquqlarını kobudcasına pozmuşdur. Belə ki, İXM-in 61.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Eyni zamanda İXM-in 61.1.9-cu maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq da onun hüququdur. Həm hadisə zamanı, həm hadisədən sonra dəfələrlə müvafiq «kamera görüntüləri ilə tanış olmaq üçün müraciət etsə də, onun bu hüququ təmin edilməmişdir. Bununla da, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən onun təməl prosessual hüquqları pozulmuşdur. X1 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar yuxarıda göstərilən maddi, eləcə də prosessual əsaslara görə ləğv olunmasını, həmin qərar əsasında tətbiq edilən cərimə məbləği və gecikdirilmiş müddət üçün tətbiq edilən dəbbə pulunun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X3 şikayətində DYPŞ-nin əməkdaşından yol hərəkəti qaydasını pozması barədə videogörüntü göstərməsini bildirərək protokolla razılaşmamış, buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis leytenantı X4 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilən gün, yəni xx.xx.2024-cü il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 100 (bir yüz) manat məbləğində inzibati cərimə etmişdir. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti qismən təmin olunmalı, Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-8/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-8/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver