Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-801/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayit şəhər Pİ-nin DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin )327.8-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt ŞPİ DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, iş materiallarında olan 19 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:09-da sürücü Şəxs idarə etdiyi Mersedes Benz C180 markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Sahil küçəsində yolun kənannda yerləşən «Enjoy» restoranının həyətindən çıxmaqla Sahil küçəsində yerləşən baş yola daxil olaraq sola dönmə manevri etdiyi zaman, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla daim dəyişən yol şəraitinə diqqət yetirmədən yol hərəkəti iştirakçılarının və baş yolla düzünə hərəkət edən nəqliyyat vasitələrin hərəkətinə təhlükə yaratmaqla hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək hərəkətinə davam edərək sol istiqamətdə baş yolla düzünə hərəkət edən X8 idarə etdiyi Range-Rover markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu avtomobilin hərəkət yolunda toqquşmaqla özünün sol diz oynağının ön səthinin sıyrığı ilə müşahidə olunan sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən, avtomobilində sərnişin qismində olmuş X7 QKBT. Baş beyinin yüngül dərəcəli əzilməsi, sol əsas sümüyün gicgah sümüyünə keçən sınığı, hər iki damaq əng sümüklərinin laterial medial və ön divarlarının sınığı, burun sümüklərinin yerdəyişən sınığı, sol orbitanın laterial divarının sınığı, göz qapaqlanın hematoması, travmatik konyuktivit, sol diz oynağının sınığı ilə müşahidə olunan dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran, X9 QKBT. Baş beyin silkələnməsi, alın nahiyyəsinin sol hissəsinin yarası, sol oturaq-qasıq sümüklərinin sınığı ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvuran, X2 baldırın yuxan 1/3-nin iç səthinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran, qarşı avtomobildə olan X1 əlinin arxa səthinin bütünlüklə əhatə edən dərialtı hematoması ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran və X5 bud-çanaq oynağının bayır səthinin geniş ölçülü qançın ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran xəsarətlər almalan ilə və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. (qeyd olunan xəsarətləri təsdiq edən müvafiq ekspertiza rəyləri materiala əlavə edilmişdir) Qeyd olunan qərarın təsviri-əsaslandırıcı hissəsində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə və CPM-nin 40.3-cü maddəsinə istinad etmiş, hadisə nəticəsində ağır xəsarət alan X7 və az ağır xəsarət alan X3 X11 ilə barışmalarını, onların sürücü C.Paşayevə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq yol-nəqliyyat hadisəsi faktına dair apanlmış araşdırma zamanı toplanmış sübutlann məcmusuna əsasən material üzrə cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul olunaraq razılaşdırılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməsi, sürücü Şəxs əməlində «X15» Azərbaycan Respublikası Qanunun və İXM-nin 327.8-ci maddənin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir Lakin iş materiallarından görünür ki, X9 və X7 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktı əsasında toplanmış material üzrə sürücü X12 barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 19 mart 2024-cü il tarixli qərar Sumqayıt şəhər prokuroru ilə razılaşdırılmamışdır. Belə olan halda hesab edirəm ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən qəbul edilmiş 19 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı qanuni hesab edilə və sürücü Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Bundan başqa Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Belə ki, İXM-nin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə görə Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur Lakin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, qanunvericiliyin göstərilən tələblərinə riayət edilməyərək Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları və vəzifələrinin izah edilməsi barədə hissədə hər hansı qeyd aparılmamış, şəxsə inzibati xəta haqqında protokolun surətinin verilibverilməməsi bəlli deyil, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, əgər şəxs protokolu imzalamaqdan imtina etmişsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmçinin inzibati xəta haqqında protokol zərərçəkmiş şəxs tərəfindən imzalanmamış, protokolun qeyd hissəsində göstərilən qeydə uyğun olaraq protokolu imzalamaqdan imtina səbəbi göstərilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Lakin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan hesab edirəm ki, protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Pİ-nin DYP Şöbəsinə geri qaytarılsın. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-801/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-801/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver