Məhkəmə qərarları › İş №3(060)-803/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-803/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-803/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, qərarından şikayət verilmiş orqan Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, o, xx.xx.2024-cü il tarixdə “Mercedes Benz S350” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX inspektoru X4 tərəfindən Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində saxlanılmışdır. YPX inspektoru özünü təqdim etmədən qərəzli olaraq ona bildirmişdir ki, guya o sükan arxasında danışmışdır. O isə etiraz etmişdir ki, belə hal olmamışdır. Tələb etmişdir ki, ona foto və video görüntü təqdim etsin. Lakin, inspektor heç bir sübut təqdim etmdən yerində protokol tərtib edərək getmişdir. Sonradan SMS bildiriş gəldikdən sonra ona aydın olmuşdur ki, barəsində İXM-nin 342.6-cı maddəsi ilə protokol tərtib edilmişdir. Ona görə də hesab edir ki, qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərar əsassız olduğundan ləğv edilməlidir. 25 aprel 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən X5 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 şikayətlə razılaşmayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən “Mercedes Benz S350” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili idarə edərkən telefondan istifadə etməsini müşahidə etmiş və həmin sürücüyə saxla işarəsi vermişdir. Sürücü bir qədər irəlilədikdən sonra saxlamışdır. Sürücüyə yol verdiyi qayda pozuntusunu izah etmiş və buna görə barəsində protokol tərtib ediləcəyini bildirmişdir. X1 isə müxtəlif şəxslərin adını çəkərək, həmçinin sonradan gəlib ona hörmət edəcəyini bildirərək barəsində protokol tərtib edilməməsini xahiş etmişdir. Lakin, sürücünün bu əsassız xahişlərini nəzərə almamış və törədilmiş inzibati xətaya görə protokol tərtib etmişdir. Sonradan isə həmin protokol əsasında inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Sürücü ilə arasında olan dialoqun səs yazısı da vardır. Həmin səs yazılarına əsasən müəyyən edilir ki, sürücü həqiqətən də inzibati xətaya yol vermiş və buna görə də cərimə edilməməsi üçün uzun müddət ərzində çoxsaylı xahişlər etmişdir. Qeyd edilən səs yazılarını məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 11:36-da Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Mercedes Benz S350” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 11:36-da Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Mercedes Benz S350” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən telefonu əldə saxlamaqla ondan istifadə etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. YPX inspektoru tərəfindən təqdim edilmiş video görüntülərə və səs yazılarına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər və səs yazıları YPX avtomobilində qeydə alınmışdır. Görüntülərə və səs yazılarına əsasən YPX inspektoru xidməti avtomobili ilə “Mercedes Benz S350” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün inzibati xətaya yol veməsini müşahidə etdikdən sonra bir qədər onu təqib edərək saxla işarəsi vermiş və daha sonra sürücüyə yol verdiyi inzibati xətanı, yəni nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etməsini izah etmişdir. Sürücü isə barəsində protokol tərtib edilməməsini xahiş edərək, müxtəlif şəxslərin adını çəkmiş və daha sonra inspektora hörmət edəcəyini bildirmişdir. Lakin, inspektor sürücünün bu təkliflərinə baxmayaraq protokol tərtib ediləcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X1 xx.xx.2024-cü il tarixdə saat 11:36-da Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində “Mercedes Benz S350” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mobil telefonu əldə saxlamaqla ondan istifadə etmişdir. Bununla bağlı YPX inspektoru tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarla 80 manat məbləğində inzibati cərimə edilmişdir. X1 qeyd edilən inzibati xətanı törətmədiyini iddia etsə də, YPX inspektoru tərəfindən təqdim edilmiş səs yazıları ilə onun inzibati xətaya yol verməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar