Məhkəmə qərarları › İş №3(060)-804/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-804/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-804/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt regional X4 İdarəsinin inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə hüquqi ünvanı Sumqayıt şəhəri, 21-ci mikrorayon, Rast küçəsində olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində 31 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən Şəxs MMC-yə məxsus 3764 №-li mağazada keçirilən YTM zamanı YTQ № 01.2001 bənd 9.1-9.12; YTQ № 01.2001 bənd 6.1-6.10; YTQ 03.2002 bənd 4.17-4.17.22; YTQ № 03.2002 bənd 2.2-2.2.17 nöqsanlar aşkar olunmuşdur. İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 17 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Sumqayıt regional X4 İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0737 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən KY231896859 nömrəli çıxarışa əsasən X4 üzrə Şəxs MMC planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, (elektrik qurğuların normativ səndlərin tələblərinə uyğun qurlaşdırılması və istismar vəziyyəti YTQ № 01-2001 – bənd 6.1-6.10); (yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tələblər YTQ № 01-2001 – bənd 9.1-9.12); ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazarların və anbarların elektrik qurğularının istismar vəziyyəti YTQ № 03-2022 – bənd 2.2-2.2.17) anvar və bazarlarda yanğına qarşə rejimin vəziyyəti YTQ № 03-2002 – bənd 4.17-4.17.22) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023cü il tarixli 0737 №-li qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdən tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinənsinin xx.xx.2023-cü il tarixli 0737 №li aktından görünür ki, Şəxs MMC-də yoxlama zamanı YTQ № 01-2001 – bənd 9.1-9.12: YTQ № 01-2001 – bənd 6.1-6.10; YTQ № 03-2002 – bənd 4.17-3; YTQ № 03-2022 – bənd 2.27) tələbləri yerinə yetirilməyib. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Sumqayıt regional X4 idarəsinin Sumqayıt regional X4 şöbəsi tərəfindən qəbul edilmiş 31 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, hüquqi ünvanı Sumqayıt şəhəri, 21-ci mikrorayon, Rast küçəsində olan Şəxs MMC-də müayinə zamanı (elektrik qurğuların normativ səndlərin tələblərinə uyğun qurlaşdırılması və istismar vəziyyəti YTQ № 01-2001 – bənd 6.1-6.10); (yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tələblər YTQ № 01-2001 – bənd 9.1-9.12); ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazarların və anbarların elektrik qurğularının istismar vəziyyəti YTQ № 03-2022 – bənd 2.2-2.2.17) anvar və bazarlarda yanğına qarşə rejimin vəziyyəti YTQ № 03-2002 – bənd 4.17-4.17.22) X1 bəndlərinə uyğun olmaması aşkar edilmişdir. Bununla da Şəxs MMC İXM-nin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi ünvanı Sumqayıt şəhəri, 21-ci mikrorayon, Rast küçəsində olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar