Məhkəmə qərarları › İş №3(060)-804/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-804/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-804/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, X3 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü tarixli, EQ 17482274 saylı elektron qərarın mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı, **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili faktiki olaraq idarə edən inzibati xəta törədən X4 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarından görünür ki, Ramid Kərimov mübahisələndirilən qərarı iş materiallarına əlavə etməmiş, həmin qərarın elektron formasını iş materiallarına əlavə etməklə kifayətlənmişdir. Bundan başqa həmin elektron qərarda törədilməsi ehtimal olunan inzibati xətanın “törədilmə yeri” dəqiq göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati xətanın törədilmə yeri işin ərazi aidiyyətinin müəyyən edilməsini baxımından əhəmiyyətli haldır və bu hallar müəyyən edilib dəqiqləşdirilmədən işə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatda Ramil Kərimovun ünvan 1 ünvanında qeydiyyatda olması qeyd olunsa da, sonuncu öz şikayət ərizəsinə yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxılması barədə vəsatəti də iş materiallarına əlavə etməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında və 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şikayət ərizəsindən görünür ki, Ramid Kərimov öz ərizəsində elektron qərarın mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı, **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili faktiki idarə edərkən inzibati xəta törədən X4 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Göründüyü kimi K.M.Kərimovun qeyd olunan tələbi İXM-nin 134-cü maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlar siyahısında yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, X1 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 şikayəti icraata qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, EQ 17482274 saylı elektron qərarın mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili faktiki idarə edərkən inzibati xəta törədən X4 adına rəsmiləşdirilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Şikayət vermiş şəxs X2 izah olunur ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin şikayətin verilməsinə, aidiyyət və müddət məsələlərinə dair tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar