Məhkəmə qərarları › İş №3(060)-807/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-807/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-807/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin 26.11.2021-ci il tarixli, MN 119775 saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin 26.11.2021-ci il tarixli MN 119775 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb X1 olduğu “Xarı Bülbül” şadlıq sarayında aparılan monitorinq zamanı sarayın mətbəxinin tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. Həmin qərardan narazı qalan X5 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin MN 119775 saylı 26 noyabr 2021-ci il tarixli qərarın ləğv edilərək hesablanmış cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 26.11.2021-ci il tarixli MN 119775 saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, 17.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi guya “Xarı Bülbül” şadlıq sarayına gələrək İnzibati tənbehvermə haqqında MN ******* nömrəli protokol tərtib etmişdir. 17.11.20221-ci il tarixli protokol qanunu pozmaqla tərtib olunmaqla bərabər həmçinin həqiqətə də uyğun deyil. Əvvəllər də bu şadlıq sarayında cavabdeh təşkilat tərəfindən yoxlama aparılmış, lakin hər hansı pozuntu aşkar edilməmişdir. Həmçinin 3 il əvvəl mətbəxin tüstü bacasına atmosferə atılan zərərli maddələrin miqdarını tənzimləyən xüsusi aparat quraşdırılmış və cavabdeh təşkilat tərəfindən həmin aparatın onların standartlarına tam şəkildə uyğun olması ilə bağlı rəy verilmişdir. 17.11.2021-ci il tarixli yoxlama şadlıq sarayında toy şənliyi olarkən aparılmış və sarayın nümayəndəsi protokola imza çəkməkdən imtina etmişdir. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozularaq onlara hüquq və vəzifələri, inzibati xətanın mahiyyəti izah edilməmişdir. Protokolda göstərilmişdir ki, guya “Xarı Bülbül” şadlıq sarayında aparılan monitorinq zamanı sarayın mətbəxinin tüstü bacasında atmosferə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. İnzibati tənbeh vermə haqqında 26.11.2021-ci il tarixli, MN 119775 saylı qərara əsasən o 2500 manat məbləğində cərimə edilmişdir. İşin hallarından aydın olur ki, qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, yalnız bir nəfər əməkdaşın tərtib etdiyi protokola əsaslanılmışdır. Protokol tərtib edilən dövdə və hal-hazırda şadlıq sarayından ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun olaraq fəaliyyət göstərir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. İşin hallarına və həmin protokola nəzər yetirdikdə aydın olur ki, cavabdeh orqan tərəfindən inzibati xətanı aşkar etmək üçün hər hansı texniki vasitədən istifadə edilibedilməməsi protokolda əks olunmamışdır. Qərar rəsmi qaydada əldə edilən tarixdən müddət ötürülmədən şikayət verilmiş, lakin aidiyyət düzgün müəyyən edilmədiyindən həmin şikayət geri qaytarılmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi Vəkil şikayətin təmin olunmasının xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş 27.06.2019-cu il tarixli servis müqaviləsindən görünür ki, icraçı sifarişçinin sifarişinə əsasən onun istifadəsində olan sulu sistem filter və elektrostatik filter texniki xidmət göstərməyi, sifarişçi isə bu xidmətin haqqını razılaşdırılmış qaydada ödəməyi öz öhdəsinə götürür. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsində işə baxılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. X5 “Xarı Bülbül” şadlıq sarayında aparılan monitorinq zamanı sarayın mətbəxinin tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarınnın yol verilən normadan artıq olmasına yol vermişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilən məsələ ilə bağlı servis müqaviləsinin və avadanlıqların mövcudluğu inzibati xətanı istisna edən hal kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X4 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Vəzifəli şəxs X3 Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin 26.11.2021-ci il tarixli, MN 119775 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar