Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-809/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarəti Xidməti Sumqayıt regional dövlət yanğın nəzarəti idarəsindən daxil olmuş "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar üzrə işin baxılmağa hazırlanması zamanı məhkəmə müəyyən etdi: "xxxx" MMC barəsində 30 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* №li inzibati tənbeh vermə haqqında qərar və həmin qərarla bağlı inzibati materiallar 29 mart 2022-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. İş materialında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarəti Xidməti Sumqayıt regional dövlət yanğın nəzarəti idarəsi tərəfindən 29.03.2022-ci il tarixli 37/34-00234 saylı müşahidə məktubla Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyevə ünvanlnmış məktubdan görünür ki, 02.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi "xxxx" MMC-yə məxsus dolum sexində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarəti Xidməti Sumqayıt regional dövlət yanğın nəzarəti idarəsinin əməkdaşları tərəfindən planlı yanğın-texniki müayinə keçirilmiş və inzibati xəta törədiyinə görə "xxxx" MMC-yə məxsus Dolum sexinin yamğına qarşı cavabdeh şəxs Şəxs barəsində İXM-nin 518.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 150-ci maddəsinə əsasən müvafiq olaraq cərimə könüllü qaydada ödənilmədiyindən inzibati tənbeh vermə haqqındakı qərar icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndəilmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC barəsində 30 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* №li inzibati tənbeh vermə haqqında qərar və həmin qərarla bağlı inzibati materiallar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarəti Xidməti Sumqayıt regional dövlət yanğın nəzarəti idarəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarəti Xidməti Sumqayıt regional dövlət yanğın nəzarəti idarəsi tərəfindən 29.03.2022-ci il tarixli 37/34-00234 saylı müşahidə məktubundan görünür ki, qeyd olunan qərar və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisinə ünvanlansa da, səhvən Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarəti Xidməti Sumqayıt regional dövlət yanğın nəzarəti idarəsindən daxil olmuş, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın nəzarəti Xidməti Sumqayıt regional dövlət yanğın nəzarəti idarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-809/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-809/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver