Məhkəmə qərarları › İş №3(060)-809/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-809/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-809/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş protokola dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tərtib olunmuş elektron qərarın mülkiyyətində olan “Chevrolet Cruze” markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili faktiki idarə edərkən inzibati xəta törədən X4 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Eyni Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, X3 tərəfindən sənədlər məhkəməyə natamam şəkildə təqdim edilmişdir. Belə ki, şikayət ərizəsinə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Bundan başqa şikayət verən şəxs şikayət ərizəsinin “xahiş edirəm” hissəsində cərimənin avtomobili faktiki idarə edərkən inzibati xəta törədən X4 adına rəsmiləşdirilməsini, yəni inzibati orqanın üzərinə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Lakin, qanunvericilikdə inzibati xəta haqqında işin araşdırılması çərçivəsində məhkəməyə belə səlahiyyət verilməmiş və bu qaydada şikayət nəzərdə tutulmamışdır. Başqa sözlə, barəsində inzibati xəta haqqında tənbeh tətbiq edilmiş şəxs ona aid hissədə qəbul edilmiş qərarı mübahisələndirə bilər. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində EQ 18028482 saylı protokola dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar