Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-812/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardan X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Bundan başqa İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Sücəddin İsmayılov barəsində qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, şikayət isə 10 (on) gündən artıq müddət keçdikdən sonra verilmişdir. Şikayətdə inzibati tənbeh vermə haqqında qərarın alınma tarixini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, X1 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürülməklə vermiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, Sücəddin İsmayılovun şikayəti icraata qəbul edilə bilməz, eyni zamanda sonuncuya izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Odur ki, qanunun qeyd olunan tələbini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən pozuntuların aradan qaldırılması məqsədilə şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. X2 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-812/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-812/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver