Məhkəmə qərarları › İş №3(060)-814/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-814/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-814/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 28 mart 2022-ci il tarixli, 00700-0047/22 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza, otaq 306 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.1-ci maddəsinə əsasən 28 mart 2022-ci il tarixli 00700-0047/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt Ərazi Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 14.03.2022-ci il tarixli 34/012/000893 saylı raportun icrası ilə əlaqədar olaraq araşdırma aparılmışdır. Araşdırma zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilən 11.03.2022-ci il tarixli “**********2280" saylı gömrük bəyannaməsi ilə, Gömrük Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilən 25 fevral 2022-ci il tarixli “**********1910” sorğu nömrəli qısa idxal gömrük bəyannaməsində qeyd olunan məlumatların eyniləsdirilməsini həyata keçirmək üçün sənədlərə baxış həyata keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “07BX691/07ZA263’’ nömrəli yük nəqliyyat vasitəsilə göndərilmiş “Nəqliyyat vasitələri üçün istifadə olunmuş ehtiyyat hissələri” yükü öncədən gömrük orqanına təqdim edilmiş 25 mart 2022-ci il tarixli “**********1910” sorğu nömrəli qısa idxal gömrük bəyannaməsi ilə bəyan olunan mallar bütünlükdə 1 (bir) adda qeyd edilmiş, lakin həmin yük Sumqayıt Ərazi Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən zaman gömrük orqanına təqdim edilən 11.03.2022-ci il tarixli “**********2280” saylı gömrük bəyannaməsində 25 (iyirmi beş) addan ibarət XİF MN kodu altında “yeni ehtiyyat hissələri” kimi bəyan edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 30.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 25 fevral 2022-ci il tarixli “**********1910" nömrəli qısa idxal gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “07BX691/07ZA263’’ nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “Nəqliyyat vasitələri üçün istifadə olunmuş ehtivvat hissələri” yükü daxil olmuşdur. İş materiallarında olan Şəxs MMC-nin 10 mart 2022-ci il tarixli Sumqayıt Ərazi Bas Gömrük İdəsinə göndərdiyi məktubdan görünür kü, Rusiya Federasiyasından “07BX691/07ZA263” nömrəli yük nəqliyyat vasitəsilə ölkə ərazisinə göndərilmiş, 21.02.2022-ci il tarixli 4 saylı invovs sənədi üzrə idxal olunan nəqliyyat vasitələri üçün ehtiyyat hissələri yükü “təzə” olduğu halda, 25 fevral 2022-ci il tarixli “**********1910" sorğu nömrəli qısa idxal gömrük bəyannaməsində texniki səhv edilərək “istifadə edilmiş” ehtiyyat hissələri kimi göstərildiyini bildirmişdir. Bu səbəbdən yükə baxış keçirib yoxlanılmasını xahiş etmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi vəzifəsində işləyən X2-sual edilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC- nin ünvanına Rusiya Federasiyasından “07BX691/07ZA263” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilmiş “Nəqliyyat vasitələri üçün ehtiyyat hissələri” yükü Şimal Ərazi Bas Gömrük İdarəsinin “Samur” gömrük postundan keçərək ölkə ərazisinə daxil olmuş və **********2280 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Bas Gömrük İdarəsində bəyan edilmişdir. Həmin yüklərə dair əvvəlcədən **********1910 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına elektron qaydada təqdim edilmişdir. Qısa idxal bəyannaməsini tərtib edərkən bəyannamənin 5-ci qrafasında şirkət tərəfindən 1 (bir) adda mal mövqeyi qeyd edilmiş, lakin 11.03.2022-ci il tarixli “**********2280” saylı gömrük bəyannaməsində 25 (iyirmi bes) addan ibarət mal mövqeyi göstərilmişdir. Buna səbəb kimi şirkət tərəfindən verilən malmüşaiyət sənədlərində natamamlıq olduğunu qeyd etmişdir. Qeyd olunan yanlışlığın onun səhvi olduğunu və gömrük qanunvericiliyini pozduğunu etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “07BX691/07ZA263’’ nömrəli yük nəqliyyat vasitəsilə göndərilmiş “Nəqliyyat vasitələri üçün istifadə olunmuş ehtiyyat hissələri” yükü öncədən gömrük orqanına təqdim edilmiş 25 mart 2022-ci il tarixli “**********1910” sorğu nömrəli qısa idxal gömrük bəyannaməsi ilə bəyan olunan mallar bütünlükdə 1 (bir) adda qeyd edilmiş, lakin həmin yük Sumqayıt Ərazi Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən zaman gömrük orqanına təqdim edilən 11.03.2022-ci il tarixli “**********2280” saylı gömrük bəyannaməsində 25 (iyirmi beş) addan ibarət XİF MN kodu altında “yeni ehtiyyat hissələri” kimi bəyan edilmişdir. Həmçinin Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “07BX691/07ZA263” nömrəli yük nəqliyyat vasitəsilə ölkə ərazisinə göndərilmiş, 21.02.2022-ci il tarixli 4 saylı invovs sənədi üzrə idxal olunan nəqliyyat vasitələri üçün ehtiyyat hissələri yükü “təzə” olduğu halda, 25 fevral 2022ci il tarixli “**********1910" nömrəli qısa idxal gömrük bəyannaməsində səhv edərək “istifadə edilmiş” ehtiyyat hissələri kimi göstərildiyini bildirmişdir. Belə ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına təqdim edilən 25 fevral 2022-ci il tarixli “**********1910” sorğu nömrəli qısa idxal gömrük bəyannaməsində 1 (bir) adda mal mövqeyi qeyd edildi halda. 11.03.2022-ci il tarixli “**********2280" saylı gömrük bəyannaməsində 25 (iyirmi beş) addan ibarət mal mövqeyi göstərilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/000893 saylı 14.03.2022-ci il tarixli raport, “**********2280” sorğu nömrəli 11.03.2022-ci il tarixli gömrük bəyannaməsi, “**********1910” sorğu nömrəli 25.02.2022-ci ii tarixli qısa idxal bəyannaməsi, X1-sual protokolu ilə təsdiq edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt Şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza, otaq 306 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar