Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-816/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də dəzgah operatoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 aprel 2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1431/2024 saylı və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1634/2024 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1431/2024 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 220 (iki yüz iyirmi) manat aliment tutularaq, 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1634/2024 saylı icra sənədinə əsasən 1987,50 manat və dəyəri 4500 manat olan brilliant qaşlı boyunbağı, üzük, sırğa, qolbaq və klondan ibarət qızıl dəst, dəst mövcud olmadıqda onun dəyəri, ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat, 10 manat xidmət haqqı, 51 manat dövlət rüsumu, cəmi 111 manat borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə 19 avqust 2024-cü il və 31 iyul 2024-cü tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 19 avqust 2024cü və 31 iyul 2024-cü il tarixlərində tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Hazırda şəxsin 2000 manatdan artıq məbləğdə aliment borcu var. Borclu verdiyi izahatında işləmədiyi üçün ödənişlər edə bilmədiyini bildirmişdir. Digər icra sənədini isə qızıl-zinət əşyalarının onda olmamasına görə icra etməyəcəyini bildirmişdir. Aliment borclunun əmək haqqına yönəldilmiş və hər ay 70% tutma aparılır. Lakin, əmək haqqının 70% hissəsi belə hər ay olan alimenti bəzən qarşılamır. Həmçinin əvəldən də borc yığılmışdır. Borclunun hər hansı əmlakı da müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o alimenti ödəməkdən yayınmır, əmək haqqının 70% hissəsi alimentə tutulur. İş yeri ilə danışıb bu məbləği daha da artıra bilər ki, keçmiş borcları da silinsin. Lakin, digər icra sənədini icra etməyəcək. Çünki, qızıl-zinət əşyaları onda deyil. Qızıl-zinət əşyalarını tələbkar özü aparmışdır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, aliment borcunun hissə-hissə ödənilməsinə razı deyil. Qızıl-zinət əşyalarının qaytarılması barədə olan qətnamədən borclu apellyasiya şikayət vermiş, lakin qətnamə qüvvədə qalmışdır. Borclu qərəzli olaraq icra sənədlərini icra etməkdən yayınır. Göstərilən halları nəzərə alaraq borclu barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. İcra sənədinin tam icra edilməməsi onun maddi vəziyyəti ilə bağlıdır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1431/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 220 (iki yüz iyirmi) manat aliment tutularaq, 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir İş materiallarında olan oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1634/2024 saylı icra sənədindən görünür ki, 1987,50 manat və dəyəri 4500 manat olan brilliant qaşlı boyunbağı, üzük, sırğa, qolbaq və klondan ibarət qızıl dəst, dəst mövcud olmadıqda onun dəyəri, ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat, 10 manat xidmət haqqı, 51 manat dövlət rüsumu, cəmi 111 manat borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1431/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1431/2024 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1634/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1634/2024 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1431/2024 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 220 (iki yüz iyirmi) manat aliment tutularaq, 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1634/2024 saylı icra sənədinə əsasən 1987,50 manat və dəyəri 4500 manat olan brilliant qaşlı boyunbağı, üzük, sırğa, qolbaq və klondan ibarət qızıl dəst, dəst mövcud olmadıqda onun dəyəri, ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat, 10 manat xidmət haqqı, 51 manat dövlət rüsumu, cəmi 111 manat borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə 19 avqust 2024-cü il və 31 iyul 2024-cü tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 19 avqust 2024-cü və 31 iyul 2024-cü il tarixlərində tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Hazırda Şəxs 2000 manatdan artıq aliment borcu vadır. Digər icra sənədi üzrə isə heç bir ödəniş olmamışdır və borclu həmin icra sənədi üzrə hər hansı ödəniş etməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs hazırda aylıq aliment borcunu ödəməsi, onu əvvəldən yığılmış aliment borcunu ödəməməsinə görə məsuliyyətdən azad etmir. Həmçinin nəzərə almaq lazımdır ki, onun barəsində digər icra sənədi də var və həmin icra sənədi üzrə hər hansı ödəniş mövcud deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 08 aprel 2025-ci il tarixdən saat 14:35-dən hesablanmalıdır. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehi tətbiq edilməsini ona görə məqsədə müvafiq hesab etmir, inzibati məsuliyyətin yaranmasına səbəb olmuş icra sənədi pul ödənişinin (aliment borcunun) ödənilməsi ilə bağlıdır və ona cərimə tətbiq edilməsi icra sənədinin icrasını daha da çətinləşdirə bilər. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən saat 14:35-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-816/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-816/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver