Məhkəmə qərarları › İş №3(060)-818/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-818/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-818/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində 16.03.2022-ci il tarixli, 00100-0546/22 saylı protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 11.03.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********2952 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Rusiya Federasiyasından A900AE47/AC790747 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 08.03.2022-ci il tarixdə saat 01:04-də Şimal Ərazi Baş Gömrük idarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair **********0394 saylı 09.03.2022-ci il tarixli qısa idxal bəyannaməsini saat 15:09-da gömrük orqanlarına elektron formada verərək, həmin mallar gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. İş materiallarında olan “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”-dən olan çıxarışdan və 34/012/005275 saylı, 12.03.2022-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına 08.03.2022-ci il tarixində A900AE47/A0790747 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş, **********2952 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edildiyi müəyyən edilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibatı xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar