Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-819/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Ramil Hüseynovun, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində Sumqayıt şəhəri, 4-cü məhəllə "xxxx" MTK-nın ofisinin qarşısında Şəxs Zərərçəkmiş şəxs üstünə hücum çəkərək ona qarşı nalayiq söyüş söyüb, ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Ramil Hüseynovun tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs ictimai qaydanı pozaraq Zərərçəkmiş şəxs qarşı söyüş söyüb onu təhqir etdiyini, işlədiyi ofisə hücum çəkərək öz hərəkətlərini davam etdirməklə qanunazidd hərəkətlər etdiyini bu səbəbdən sonuncu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etməklə, tənbehin növünü və həddinin təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Eyni zamanda bildirir ki, Elnur Hümbətov barəsində onun tərəfindən tutma protokolu tərtib edilmiş, belə ki, bir gün müddətində PB-də saxlanılmışdır. Şəxs PB-də xx.xx.2024-cü il tarixdə saat 16:00-dan olsa da, hesab edir ki, azadlığının faktiki məhdudlaşdırıldığı vaxt saat 19:00 olmuş, bu səbəbdən tutulma tarixini 19:00 kimi göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilmir. Bildirir ki, ünvan 3 ünvanında yaşayır. Qeyd edir ki, təxminən bir ilə yaxın müddətdir ki, yaşadığı məhəllədə "xxxx" şirkəti tərəfindən söküntü-tikinti işləri aparılır. Ona deyilənə görə yaşadığı ünvan da pilot layihəyə düşmüş və yaxın vaxtlarda söküləcəkdir. Şirkətdən ona bunun dövlət layihəsi olduğu bildirilmiş məhz buna görə həmin ərazinin sökülməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən həmin şirkətin əməkdaşları yaşadıqları ünvandan köçmələrini tələb edərək, əks halda evlərinin söküləcəyi barədə onlara daim hədə-qorxu gəlmişlər. Lakin o, şirkətin nümayəndələrinə bütün sakinlərlə razılaşdıqdan sonra ona yaxınlaşmalarını tələb etmiş, çünki onun öz yaşadığı mənzilindən çıxmaq fikri olmamışdır. Bildirir ki, bir neçə gün öncə barəsində polisə şikayət edilmiş, o, PB-nə yaxınlaşmış, orada ona "xxxx" MTK-nən rəhbəri Zərərçəkmiş şəxs guya söyərək təhqir etməsi barədə məlumat verilmişdir, o, da polis əməkdaşlarına belə bir hərəkətə yol vermədiyini bildirmiş, bu barədə onun izahatı alınmış, gələcəkdə bu kimi hallara yol verməməsi ona tövsiyə edilmişdir. PB-də oan qarşı hər hansı fiziki zor tətbiq edilməmiş daha sonra o, PB-ni tərk edərək getmişdir. Bundan təxminən bir neçə gün öncə xx.xx.2024-cü il tarixdə yaşadığı məhəllənin yanında yerləşən sözügedən şirkətin ofisinin yanından özünə məxsus avtomobillə keçərkən şirkətin rəhbəri Zərərçəkmiş şəxs görmüş, avtomobili saxlayıb, yan şüşəni edirib sonuncudan “onu söyüb təhqir etmədiyini deyərək, nədən onun barəsində polisə şikayət etdiyini soruşmuş”, bundan sonra Zərərçəkmiş şəxs cavabında onu söyüş söyə biləni belə-belə edərəm deyə cavab vermişdir”. O, da düşünmüşdür ki, Qəhrəmanı söymədiyi üçün sonuncunun işlətdiyi ifadələrin ona heç bir aidiyyat yoxdur. Daha sonra avtomobili kənara çəkərək saxlamış və avtomobildən düşərək məsələni aydınlaşdırmaq üçün Rəhimova yaxınlaşmışdır. Zərərçəkmiş şəxs həmin vaxt mühafizəçisi ilə söhbət etdiyini, o, yaxınlaşdıqda isə sonuncunun ofisə daxil olduğunu görmüşdür. Ofisə tərəf yaxınlaşanda şirkətin Ruslan adlı əməkdaşı ofisdən bayıra çıxmış, Ruslanla danışdıqdan sonra oradan uzaqlaşmışdır. Hadisə vaxtı orada özü, Qəhrəman, Ruslan və mühafizəçidən başqa heç kim olmamış, digər şəxslərin olmasını xatırlamır. O, heç kəsi təhqir etməmişdir. Məhkəmə əgər onun bu inzibati xətanın törədilməsində təsdirli bilərsə yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 05 fevral 2021 və 05 aprel 2023-cü il tarixli sərəncamlarına əsasən 2023-cü ilin iyun ayında Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisi pilot lahiyəyə düşmüşdür. Bundan sonra direktoru olduğu "xxxx" MTK tərəfindən həmin ərazidə yerləşən istismar müddəti başa çatmış binaların sökülməsi və yerində yeni hündür mərtəbəli binaların tikintisi işlərinə başlanılmışdır. Bu məqsədlə onlar binalarda yaşayan hər bir sakinlə fərdi danışıqlar aparmışlar. Bundan sonra eşitmişdir ki, sakinlərdən bir neçəsi onun barəsində nalayiq ifadələr işlətmiş, hətta 30 mart 2024-cü il tarixdə Elçin Cəfərov, İbrahim Əliyev, Elnur və Qurban adlı şəxslər ofisə gələrək ünvansız küçə söyüşləri söymüş, həmçinin MTK-nın mühəndisi Ruslan adlı şəxsə fiziki zor tətbiq etmişlər. Bu səbəbdən qeyd olunan hallara hüquqi qiymət verilməsi ilə bağlı 08 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində işçisi Nurəddinlə iş yerinin qarşısında olarkən həmin bina sakinlərindən biri Elnur adlı şəxs idarə etdiyi avtomobillə oraya gələrək, avtomobili onların yanında saxlamış, ondan nə səbəbə onun barəsində polisə şikayət etdiyini soruşmuşdur. O, Elnura müxtəlif vaxtlarda özü barəsində nalayiq ifadələr işlətdiyi üçün şikayət etdiyini bildirmiş, bu zaman Elnur onu ağır təhqir etmiş yəni “nədir arvadına qızına söymüşəm” deyə onun ünvanına qəbul edilməz ifadələr işlətmişdir. Bu zaman o, Elnurun əsəbi olduğunu, sonuncu ilə mübahisə edərsə daha pis nəticələrə səbəb ola biləcəyindən ehtiyat edərək, Elnura “mənim arvadıma və qızıma söyə bilən ola bilməz, yeri get işinlə məşğul ol” deyə cavab vermişdir. Bundan sonra Elnurun maşını sürərək getdiyini, artıq sözlü mübahisənin yekunlaşdığını zənn edərək ofisə daxil olmuşdur. Ofisə daxil olan zaman Ruslan adlı işçisi ona nə baş verdiyini soruşduqda o, Ruslana Elnur adlı sakinin onu təhqir edərək getdiyini söyləmişdir. Həmin vaxt pəncərədən çölə baxan zaman Elnurun ofisinin həyətinə daxil olmaq istədiyini, Nurəddinin Elnurun qolundan tutaraq içəri buraxmadığını, Elnurun isə ofisə daxil olmağa çalışdığını görmüşdür. Qeyd edir ki, həmin vaxt Elnur ofisə daxil olsaydi daha ağır nəticələrə səbəb olardı. Bu zaman o, işçisi Ruslana çöldə Elnurun olduğunu “onu yola ver getsin” demişdir. Bundan sonra Ruslan da həyətə çıxaraq Nurəddinlə birlikdə Elnurun ofisə daxil olmasına imkan verməmiş və Elnurla danışdıqdan sonra oradan çıxıb getrmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə vaxtı ona təsir edən əsas məqam Elnurun digər şəxslərin yanına onun ailəsini təhiq etməsi olmuşdur. Belə ki, Elnur onun özünə söymüş olsaydı ona bu dərəcədə təsir etməzdi, lakin Elnurun digər şəxslərin, xüsusilə işçisinin yanında onun ailəsini təhqir etməsini, özünə qarşı edilmiş ən ağır hərəkət kimi qiymətləndirir. Qeyd edir ki, hətta ətrafda qadınların əyləşdiyini görmüş, lakin Elnurun onu təhqir etməsini onların da eşidib-eşitməməsini xatırlamır. Hazırda Şəxs şikayətçidir, sonuncuya ən ağır tənbehin verilməsini xahiş edir. Zərəçəkmiş şəxs izahat verdikdən sonra Şəxs nəyə görə avtomobildə olarkən Zərərçəkmiş şəxsla sözlü mübahisədən sonra yəni verdiyi suala cavab aldıqdan sonra avtomobili irəli sürərək saxlamış və avtomobildən düşərək sonuncunun arxasınca ofisə daxil olmaq istədiyi sual verildikdə, Elnur Rəhimov bunun ani refleks olduğunu, etmədiyi işə görə ondan nə səbəbə Qəhrəmanın polisə şikayət etdiyini təkrarən araşdırmaq üçün bu hərəkətləri etdiyini bildirmişdir. Axı cavabınızı almışdınız, nəyə görə avtomobildən düşdünüz sualına Şəxs o mənim səhvimdir, mən buna bir söz deyə bilmirəm deyə cavab vermişdir. Əlavə olaraq “onun bu nöqsanı, bir cümlə sözü, bu hərəkəti bu müstəviyə gəlib çıxacağını bilsəydi, bu hərəkətləri etməzdi”- deyə cavab vermişdir. Bundan başqa məhkəmənin avtomobili şirkətin ofisinin yanında saxlayarkən Zərərçəkmiş şəxs “sənin arvadına qızına söymüşəm, niyə məndən şikayət etmisən” süzünün əvəzinə daha nəcib formada “mən sənə nə zaman söymüşəm, axı məndən niyə şikayət etmisən” məzmununda da sual verə bilərdinmi dedikdə, Şəxs bunun onun səhvi olduğunu etiraf etmişdir. Şəxs 15 avqust 2024-cü il tarixdə saat 19:00-da deyil 16:00-dan PB-nin inzibati binasında olduğunu, tutma protokolunda azadlığının faktiki məhdudlaşdırılma vaxtının düzgün göstərilmədiyini də nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermiş və bildirmişdir, hadisə günü ofisdən bayırda səs küy eşitmiş, Zərərçəkmiş şəxs ofisə daxil olduğunu görmüş, bu səbəbdən özü də bayıra çıxmışdır. Həmin vaxt Elnurun Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini və ofisə daxil olmaq istədiyini görmüşdür. Həm Nurəddin həm də o, Elnurun ofisə daxil olmasına imkan verməmişlər. Daha sonra Elnuru sakitləşdirmiş, sonuncu çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə müdiri Zərərçəkmiş şəxsla ofisin qarışısında olarkən Şəxs nalayiq ifadələr işlətdiyini, bu zaman müdirinin içəri keçdiyini, sonra Elnurun avtomobildən düşərək ofisə keçmək istədiyini görmüşdür. Həmin vaxt o, Elnurun ofisə daxil olmasının qarşısını almışdır. Elnur ona kənara çəkil desə də o, sonuncunun ofisə daxil olmasına imkan verməmiş və onunla dartışmışdır. Bu zaman Ruslan adlı iş yoldaşı ofisdən çıxmış, “mən Elnuru tanıyıram deyərək sonuncu ilə danışıb onu yola saldığını” bildirmişdir. Nurəddin Potuxov verilmiş suallara cavab olaraq Elnurun avtomobildə olarkən Zərərçəkmiş şəxs ünvanına “mən sənin qızına arvadına söymüşəm?” deyə kəlmə işlətdiyini özünün də eşitdyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki: 08 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-ə ərizə ilə müraciət edərək Elçin Cəfərov, İbrahim Əliyev, Elnur və Qurban adlı şəxslərin ofisə gələrək ünvansız küçə söyüşləri söyməklə ofisinin pəncərələrini sındırdıqlarını, həmçinin MTK-nın mühəndisi Ruslan adlı şəxsə fiziki zor tətbiq etdiklərini qeyd etmişdir. 15 aprel 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs Sumqayıt ŞPİnin 4-cü PB-ə ərizə ilə müraciət etmişdir. 15 aprel 2024-cü il tarixdə sahə rəisi Ramil Hüseynov tərəfindən Zərərçəkmiş şəxs, Ruslan Məmmədovun, Nurəddin Purtuyev və Şəxs izahatları alınmışdır. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 11:40-da azad edilmişdir. Elekron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2007-ci il təvəllüdlü Nicat Hümmətov, xx.xx.2010-cu il təvəllüdlü Ömər Hümmətov və xx.xx.2017-ci il təvəllüdlü Dəniz Hümmətov adlı övladları var. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin, şahidlərin və protokolu tərtib etmiş şəxsin çıxışını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş, və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesdab edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində biri azyaşlı olmaqla üç övladının olmasıdır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəəlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, protokolda göstərildiyi kimi Şəxs Sumqayıt şəhəri, 4-cü məhəllə "xxxx" MTK-nın ofisinin qarşısında Zərərçəkmiş şəxs üstünə hücum çəkərək sonuncunun ünvanına nalayiq ifadələr işlədərək hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictimai qaydaları kobud surətdə pozmuş, nəticədə xırda xuliqanlıq əməlini törətmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, barəsində protokol tərtib edilmiş Şəxs Zərərçəkmiş şəxs tərəfindən barəsində polisə edilmiş şikayətdən hiddətlənərək xx.xx.2024-cü il tarixdə təsadüfən rastlaşdığı Zərərçəkmiş şəxs sonuncunu tabeçilik qaydasında, yəni işçisinin yanında daha mülayim formada deyə biləcəyi halda, bunu etmədən qəsdən “sənin arvadına qızına söymüşəm? məndən niyə polisə şikayət etmisən sualına, Zərərçəkmiş şəxs mənim arvadıma qızıma söyə bilən ola bilməz, get işinlə məşğul cavabını verdikdən sonra işlədiyi ofisə daxil olsa da, Şəxs vermiş olduğu ağır suala Rəhimov tərəfindən daha mülayim formada cavab almış olsa da, bununla kifayətlənməyərək, idarə etdiyi avtomobildən düşüb bu məsələni araşdırmağa cəhd edərək, şirkətin mühafizəçisi Nurəddin Purtuyevlə ofisin önündə çəkişmiş, zorla ofisə daxil olmağa çalışmış, ətrafdakıların diqqətini özünə çəkməklə, ofisin əməkdaşı Ruslan Məmmədovun səs-küyə çölə çıxmasına nail olmuş və sonuncunun onu sakitləşdirməsindən sonra hadisə yerindən çıxıb getmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hərəkətlərlə Şəxs xırda xuliqanlıq növündə inzibati xətanın bütün tərkib əlamətlərini özündə əks etdirən inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis mayoru Ramil Hüseynovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. 15 aprel 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında protokolunda” Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da tutulduğu qeyd olunsa da, məhkəmə istintaqı zamanı protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X5 Hümmətovun xx.xx.2024-cü il tarixdə, saat 16:00-dan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 15 aprel 2024-cü il tarixdən, saat 16.00-dan hesablanmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-819/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-819/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver