Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-825/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Tələbkar – X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – Gündüz Aslanovun iştirakları ilə, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən 30.03.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-6597/2019 saylı, 04.10.2019-cu il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 20.000 manat borcun ödənişini təmin etməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyev bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-6597/2019 saylı, 04.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 20140 manat alınaraq iddiaçı X3 verilməlidir. İcra işi üzrə bütün zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq borclu şəxs tərəfindən bu günədək icra sənədinin tam icrası mümkün olmamışdır. Belə ki, yeganə gəliri borclunun pensiyası olduğundan və pensiyaya tutma yönəlmədiyindən, borclu isə qərəzli olaraq ödəniş etmir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-6597/2019 saylı, 04.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 20.000 manat alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədi icra şöbəsinə daxil oluqdan sonra onun tərəfindən tələbkara hər ay 300 manat ödniş təklif olunmuş, lain tələbkar bundan imtina etmişdir. Heç bir gəlir yeri yoxdur, tək gəliri aylıq aldığı pensiyadır. Onun hal-hazırda İcra idarəsində tələbkar kimi iki işi vardır, ümumilikdə 27000 alacağı vardır, lakin icra məmurları tərəfindən həmin icra sənədləri icra edilmir. Hazırda mütəmadi olaraq hər ay 300 manat ödəməyə hazırdır. Ona borcu olan digər şəxslər borclarını ödəsələr, tələbkara olan borcunu birdəfəlik ödəyə bilər. Borcunu ödəməmək kimi bir niyyəti yoxdur, lakin hazırda ödəniş etməyə maddi imkanı çatmır. Əlavə olaraq da icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmadığını, odur ki, barəsində inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. X7 Abdulla oğlu məhkəmə iclasında bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-6597/2019 saylı, 04.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 20.000 manat alınaraq iddiaçı X3 verilməlidir. Borclunun da borcun ödənilməli olduğunu bildiyini, borclunun məhkəmənin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, borclunun ondan tutulmalı olan borcun əmək pensiyasına yönəlməsini xahiş etdiyini, lakin icra məmuru tərəfindən birdəfəlik ödəniş tələb edildiyi bildirilir. Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X4 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-6597/2019 saylı, 04.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 20140 manat alınaraq ona verilməlidir. Lakin borclu icra sənədinin icra edilməsində qərəzli olaraq boyun qaçırır və indiyə qədər heç bir ödəniş etməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-6597/2019 saylı, 04.10.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 20140 manat alınaraq iddiaçı X3 verilməlidir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 8(060)-557/2021 saylı, 06.09.2021-ci il tarixli qərarı ilə borclu Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki icra sənədi üzrə borclu şəxs Şəxs məhkəmə iclasında hər ay 300 manat ödəniş etmək qabiliyyətində olduğunu, lakin tələbkar bu təklifdən imtina etdiyini qeyd etsə də, icra sənədi üzrə heç bir ödəniş edilməməsi Şəxs qərəzli olaraq icra sənədinin icra etməməsini təsdiq edir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-825/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-825/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver