Məhkəmə qərarları › İş №3(060)-830/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-830/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-830/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Sumqayıt şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən Sumqayıt şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 10.03.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 izahatında bildirdi ki, 2012-ci ildən Saray qəsəbəsində yaşayır. Sumqayıt şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən onun barəsində 08.05.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin onun bundan xəbəri olmamışdır. 2021-ci ilin mart ayının əvvəllərində ona qeydiyyatda olduğu Lerik rayon İcra İdarəsindən zəng edərək borcunu ödəməsini bildirmişlər. Yalnız bundan sonra cərimədən xəbəri olmuş və Sumqayıt şəhər X9 Şöbəsindən protokolun surətini almışdır. Barəsindəki inzibati tənbeh vermə haqqında qərarı qanunuz hesab edir. Belə ki o, karantin vəziyyəti dövründə daim sms icazə sistemindən istifadə edərək küçəyə çıxmışdır. Həmçinin maddi vəziyyəti yaxşı deyil. Odur ki, şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər X9 Şöbəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X5 izahatında bildirdi ki, 08.05.2020-ci il tarixində saat 15:18də Sumqayıt şəhəri M.Əsədov küçəsi ərazisində, yəni elə X4 yaşadığı ərazinin yaxınlığında epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozaraq sms icazə sistemi vasitəsilə icazə almadan küçəyə çıxdığı üçün X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X2 şikayətinin təmin edilməməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 08.05.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarıını pozduğu üçün X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarından görünür ki, X1 qəsəbəsi yaxınlığında yerləşən M.Əsədov küçəsi yaxınlığı ərazisində yaşayır və 08.05.2020-ci il tarixdə həmin ərazidə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 şikayətinin təmin olunması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş 08.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar