Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-832/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən tərtib olunmuş 22.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən tərtib olunmuş 22.02.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 22 fevral 2021-ci il tarixdə 10.02.2021-ci il tarixli MN No ******* saylı protokol əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin MN No ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 4000 (dörd min) manat miqdarında cərimə olunmuşdur. O, ilk öncə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə cərimə oluması barədə protokolun hüquqlarını pozduğunu bir daha göstərməkdədir. Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən tərtib olunan protokol əsassızdır. Belə ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsindən yerləşən “Krivoy dom” adlanan ona məxsus obyektdə ölkədə mövcud olan pandemiya ilə əlaqədar hər bir sanitariya və gigiyenik normalara əməl olunur. Obyekt müntəzəm olaraq dezinfeksiyaedici vasitələrlə təmizlənir və həmçinin işçi və müştərilərin də bu qaydalara əməl etməsinə ciddi şəkildə nəzarət olunur. Lakin bütün bu sadalananlara baxmayaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi yoxlama həyata keçirərkən düzgün araşdırma aparmamış və əsassız olaraq barəsində qərar qəbul etmişdir. O, sözügedən qurum yoxlama apararkən də obyektdə dezinfeksiya və digər sanitar-gigyenik işlərin müntəzəm aparıldığının şahidi olsalar da barəsində ədalətsiz qərar qəbul etmişdirlər. Sözügedən obyektlə əlaqədar heç zaman müştərilərin şikayəti olmamışdır və istər pandemiya dövründə istərsə də qalan dövr ərzində obyektdə sanitar-gigyenik normalara tam riayət olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi obyektdə olan müştərilərin pandemiya dövründə sanitar-gigyenik qaydaları pozduğunu əsas gətirərək protokol tərtib etmişdir. Ölkədə mövcud olan pandemiya dövründə bütün tələblərə tam şəkildə riayət edilərək obyektdə sosial məsafənin qorunması üçün nəzərdə tutulan ara məsafəsini və həmçinin masalar arxasında oturan şəxslərin sayı, masalar arasındakı məsafə ilə bağlı bütün tələbləri təmin olunmuşdur və bundan öncə aparılan yoxlamalarda da heç bir irad olmamışdır. Lakin sözügedən qurumun əməkdaşları qanunsuz olaraq vətəndaşın özünün pozduğu karantin qaydalarını onun üzərinə yükləyirlər. Qeyd olunan pozuntu ilə bağlı pandemiya dövründə riayət edilməli olan bütün tələbləri müştərilərdən tələb etsə də, onlar buna riayət etməmiş və onlara bu barədə iradlar bildirilmişdir. O, obyektdə bütün pandemiya dövrü ilə əlaqədar bütün tələblərə riayət etmiş və obyektə daxil olan müştərilərə də sözü gedən tələblərə əməl etmələrini tələb edərək öz öhdəliyimi yerinə yetirmişdir. Lakin yaranan pozuntular vətəndaşların yol verdikləri pozuntulardır ki, bu pozuntularla bağlı onun və obyektin digər işçilərinin təqsiri yoxdur. Protokol tərtib olunan zaman pozuntu ilə bağlı vətəndaşlar dəfələrlə pozuntunu özlərinin törətdiklərini bildirsələr də, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi onlara əhəmiyyət verməyərək qayda pozuntusunda təqsiri əsassız olaraq onda görmüşdür. Həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin əməkdaşları yoxlama apararkən onlara özlərini təqdim etməmiş, yoxlama barədə sənədlərlə onları tanış etməmiş, Ədliyyə Nazirliyi tərəfindən yoxlama ilə bağlı icazələrinin olub-olmamağı barədə onlara məlumat verməmişdirlər. Bundan əlavə inzibati xəta ilə bağlı aparılan foto və video çəkiliş ilə bağlı onların icazəsini almalı olduqları halda icazəsiz və qanunsuz bu fəaliyyəti həyata keçirmişdirlər. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanına qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (regional) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanının (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, X1 qeydiyyat ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X2 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən tərtib olunmuş 22.02.2021-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 qeydiyyat ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X2 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən tərtib olunmuş 22.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakı̇ m Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-832/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-832/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver