Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-834/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs X2 oğlunun iştirakı ilə, Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 29.01.2021-ci il tarixli TP ******* saylı Qərarından vətəndaş X2 oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Vətəndaş X2 oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş 29.01.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və şikayətinin təmin olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X2 oğlu izahatında bildirdi ki, Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş 29.01.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarla 50 manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə qərar qanunsuz və əsassızdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən də protokolla razı olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokoldan şikayət etsə də Sumqayıt şəhər X5 Şöbəsinə çağırılıb inzibati xətanı əks etdirən videogörüntülər təqdim olunmamışdır. Daha sonra o, AR DİN-in 102 xidmətinə bu barədə şikayət etmiş, Sumqayıt şəhər DYPŞ-yə yaxınlaşdıqda isə ona inzibati xəta törədilən ərazidə yerləşən kameraların işləmədiyi bəhanə gətirilərək videogörüntünü ona təqdim etməkdən boyun qaçırmışlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş sözügedən “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 29.01.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsinə yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər X5 Şöbəsinə 30 mart 2021-ci il tarixdə sorğu göndərərək 29.01.2021-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları 01.04.2021-ci il tarixədək Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq sorğunun cavabı barədə Məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 oğlunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 29.01.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 29.01.2021-ci il tarixli TP ******* saylı Qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-834/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-834/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver