Məhkəmə qərarları › İş №3(060)-834/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-834/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-834/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tətbiq edilmiş 28.03.2022-ci il tarixli TP ******* nömrəli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materialdan görünür ki, 28.03.2022-ci tarixində Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis X5 Xidməti inspektoru X3 tərəfindən 28.03.2022-ci il tarixli TP ******* saylı qərarına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsi tərəfindən tətbiq edilmiş 28.03.2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 28.03.2022ci il tarixli, TP ******* saylı qərarına əsasən o Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Ondan ötrü ki, guya o 28.03.2022-ci il tarixdə, saat 19:24 radələrində Z.Hacıyev küçəsi ilə Ü.Hacıbəyov küçəsiin kəsişdiyi ərazidə idarə etdiyi X6 markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Onu yol polis inspektoru 28.03.2022-ci il tarixdə saxlayarkən qeyd olunan inzibati xətanı törətməmiş və yol polisi inspektoruna barəsində tərtib olunmuş protokolla bağlı qəti etirazının bildirmişdir. Lakin onun etirazına nəinki məhəl qoyulmamış, onu saxlayan inspektor deyil, Elmin Xəlilov adlı inspektor həmin gün dərhal qərar qəbul edərək onu İXM-nin 327.2-ci maddəsi ilə cərimə etmişdir. O 60 manata görə deyil, inpektporun bu qanunsuzluğu, İXM-nin tələblərini kobud şəkildə pozduğu üçün məhkəməyə müraciət etməyi qərara almışdır. İnspektorun qərarında da qeyd olunmamışdır ki, yol ayrıcını keçmə qaydalarını pozmağı nədən ibarətdir. Hansı avtomobilə yol verməli imiş, yol verməmişdir, əgər belə bir nəqliyyat vasitəsi var idisə, hansı məsafədən yol ayrıcına daxil olmalı imişlər. Bütün bunlar cəfəngiyyat olmaqla ona qərəzdən xəbər verir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X4 şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, qərarı qəbul edən vəzifəli şəxsin, o cümlədən həmin şəxsin təmsil etdiyi dövlət orqanının onun barəsində inzibati xəta haqqında qərar qəbul edərkən qərəzli olduğunu nəzərə alaraq şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, icraata xitam verilməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş 28.03.2022-ci il tarixli TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin tərəfindən işə baxılarkən narazı olduğu və iştirak etmək istədiyi halda işə baxılarkən X1 iştirakı təmin edilməmişdir. Sumqayıt Şəhər DYPŞ tərəfindən iş üzrə bütün halları araşdırılmamışdır. Qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada, hansı hərəkətlə törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 28.03.2022-ci il tarixli TP ******* nömrəli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilməli və inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 28.03.2022-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilərək həmin orqana qaytarılmalıdır. Hazırkı vəziyyətdə şikayətin tam təmin edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 28.03.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar