Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-836/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs İbrahimov Zaur İsmayıl oğlunun Sumqayıt şəhər X8 Şöbəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakları ilə, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01.03.2021-ci il tarixli TP ******* saylı Qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Zaur İsmayıl oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 İsmayıl oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və şikayətinin təmin olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi İbrahimov Zaur İsmayıl oğlu izahatında bildirdi ki, barəsində qəbul edilmiiş inzibati tənbeh vermə qərar qanunsuz və əsassızdır. Belə ki 01.03.2021-ci il tarixdə ona məxsus **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə inzibati xəta haqqında protokolda göstərildiyi kimi Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərəfindən törədilməmişdir. Ona məxsus nəqliyyat vasitəsilə yolayrıcına daxil olarkən və yolayrıcında hərəkətin tamamlanması müddətində svetoforun hərəkətə icazə verən yaşıl iişəğə yanılı vəziyyətdə olmuşdur. Buna görə də qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsindəki inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər X8 Şöbəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X4 izahat verərək bildirdi ki, X3 İsmayıl oğlu barəsində 01.03.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozaraq svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də İbrahimov Zaur İsmayıl oğlu barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan İbrahimov Zaur İsmayıl oğluna təqdim edilmiş 01.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İbrahimov Zaur İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin izahatlarındakı ziddiyyətləri aradan qaldırmaq və iş üzrə obyekiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 sorğu göndərərək 01.03.2021-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsi X8 Şöbəsi tərəfindən sorğuya cavab olaraq göndərilmiş 01 ədəd diskə Məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zamanı İbrahimov Zaur İsmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, İbrahimov Zaur İsmayıl oğlunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 01.03.2021-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. İnzibati xətaya dair iş üzrə 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İbrahimov Zaur İsmayıl oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01.03.2021-ci il tarixli TP ******* saylı Qərar ləğv edilsin. İnzibati xətaya dair iş üzrə 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-836/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-836/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver