Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-836/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis kapitanı X2, Qərardan şıkayət vermiş şəxs X3 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış DYP əməkdaşının barəsində xüsusi qərar qəbul edilərək aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, o, Sumqayıt DYPŞnin TP ******* saylı, xx.xx.2024-cü il tarixli tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Guya o, xx.xx.2024-cü il, saat 16:00 radələrində Sülh-Bakı küçələrinin kəsişməsində “Mercedes 220 CDİ” minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı maşını idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla idarə etmişdir. O, həmin yolda düzünə, sağa nişanının qüvvədə olduğu orla zolaqla hərəkət elmişdir. Ondan sağdakı zolaq isə avtobus zolağı olub və qırıq-qırıq xəlilə deyi, düz xətt ilə ayrılmışdır. Taksi düz xəttlə ayrılan həmin avtobus zolağında hərəkət etmək hüququ olmadan hərəkət elməklə, yol hərəkəti qaydalarını kobud surətdə pozmuşdur. Yol hərəkəti haqqında qanunun 48-ci maddəsinə görə, 5.9. 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Həmçinin avtobus zolağı ilə hərəkət edərkən nəqliyyat vasitələri sağa dönməli idilər. Həmin zolaqda hərəkət edən bütün nəqliyyat xasilələri sağa dönmə işığını yandırsalar da, onu vuran taksi heç bir dönmə göstəricisi yandırmamışdır. O, sağa dönən zaman həmin taksinin də dönməsi üçün zəruri məsafəni saxlamış, lakin o, düz gedərək onu yandan vurmuşdur. Yol polisi əməkdaşı isə haqlı olduğu halda, onu günahkar çıxartmış və barəsində protokol tərtib etmişdir. Hesab edir ki, inzibati orqanın əməli qanunsuzdur, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və DYP içşisi barəsində isə xüsusi qərar çıxarılaraq aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis kapitanı X4 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikasında yol hərəkəti qaydaları “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. “NEXİA” markalı avtomobil avtobus zolağı ilə hərəkət etmiş və həmin avtomobilin sürücüsü nişanın tələbini pozduğuna görə tərəfindən 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Amma hadisənin günahkarı “Mercedes 220 CDİ” markalı avtomaşının sürücüsüdür. “Mercedes 220 CDİ” markalı avtomaşının sürücüsü dönməni soldan sağa etdiyi üçün, yəni 2-ci zolaqdan etdiyinə görə dönə bilər, lakin hərəkətdə olan nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etməlidir. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan şıkayət vermiş şəxs X3 şikayətinin təmin olunmamasını və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sülh küçəsi ilə Göyərçin abidəsi istiqamətində hərəkətdə olan zaman o, yolun sağ tərəfi ilə avtobus zolağı ilə getmiş, onun solundan gələn “Mercedes” markalı avtomobil soldan sağa keçərək onun avtomobilinin qabağına dönən zaman o, həmin nəqliyyat vasitəsinin arxa qapısından vurmuşdur. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X3 idarə etdiyi “Mercedes 220 CDİ” minik markalı, ** CL *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi dönmə əməliyyatı apararkən yol hərəkəti qaydasını pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. X1 həmin qanunvericiliyin tələbini pozmuşdur. Eyni zamanda “NEXİA” markalı avtomobil avtobus zolağı ilə hərəkət etmiş və həmin avtomobilin sürücüsü nişanın tələbini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin izibati xəta haqqında materiallarda X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. 02 (iki) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-836/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-836/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver